GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev və xanımı Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak ediblər

Prezident İlham Əliyev və xanımı Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak ediblər

Tarix: 11-05-2017, 20:55 Bölmə :Siyasət Baxış: 603
Prezident İlham Əliyev və xanımı Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak ediblər


Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsinə bir daha dərin ehtiramını ifadə edir. Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir. 1969-cu ildə ilk dəfə sovet Azərbaycanına rəhbərliyə başlayanda ovaxtkı Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri demək olar ki, sovet məkanında ən aşağı səviyyədə idi. Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində Azərbaycan Respublikası ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir və əgər Sovet İttifaqında Rusiya Federasiyasından başqa iki özünü təmin edən və donor respublika var idisə, onlardan biri Azərbaycan idi.

Məhz onun rəhbərliyi və təşəbbüsü ilə bir çox önəmli layihələr icra olunmuşdur, kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Kənddə yaşayanlar öz həyat səviyyələrini yaxşılaşdıra bilmişlər. O vaxt Azərbaycanda sənayenin inkişafı çox sürətlə gedirdi. Neft sənayesi inkişaf edirdi. Bir çox önəmli infrastruktur layihələri icra edilmişdir ki, bu gün də müstəqil Azərbaycan üçün onların böyük əhəmiyyəti vardır. Heydər Əliyevin rəhbərliyi ilə o vaxt Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı çox ciddi mübarizə aparılırdı və bu göstəriciyə görə də Azərbaycan sovet məkanında fərqlənirdi.

Bir sözlə, 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə respublika çox böyük uğurlu yol keçmişdir. Heydər Əliyevin fəaliyyəti sovet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, 1982-ci ildə hakimiyyətə gəlmiş Yuri Andropov ilk təyinatını Heydər Əliyevi Moskvaya dəvət etməklə etdi. Yuri Andropov hakimiyyətə geniş islahatlar gündəliyi ilə gəlmişdi. Nizam-intizamın möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin aparılması, iqtisadi islahatlar o proqramın tərkib hissələri idi. Əlbəttə ki, Heydər Əliyev kimi böyük şəxsiyyət, lider bütün bu yeni meyarlara tam cavab verirdi.

Bakıdan Moskvaya gedəndən sonra Heydər Əliyev üçün yeni dövr başladı. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində ən yüksək vəzifələrdən birini tuturdu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü idi. Onun kurasiyasında bir çox sahələr var idi ki, o sahələr Heydər Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməyə başlamışdı. Əlbəttə ki, Azərbaycanda mövcud vəziyyət, Azərbaycanın problemləri onu daim maraqlandırırdı və o çalışırdı ki, yeni imkanlardan istifadə edərək Azərbaycan Respublikasına kömək etsin. O vaxt Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edilmişdir.

Ancaq əfsuslar olsun ki, Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə uğramağa başladı. Bu tənəzzül özünü müxtəlif sahələrdə büruzə verirdi. Artıq o dinamika hiss olunmurdu. Ancaq Heydər Əliyevin müəyyənləşdirdiyi yol bu dövrdə də Azərbaycanın inkişafına xidmət edirdi və yeganə təkanverici qüvvə idi.

Bildiyiniz kimi, 1987-ci ildə Heydər Əliyev tamamilə əsassız ittihamlarla bütün vəzifələrdən kənarlaşdırıldı. Bunun səbəbləri haqqında geniş ictimaiyyətdə kifayət qədər məlumat var. Sovet rəhbərliyində ən fəal, işgüzar və nəticə verən şəxs heç bir əsas olmadan bütün vəzifələrdən kənarlaşdırıldı. Burada əlbəttə ki, şəxsi-qərəzlik məsələləri öz rolunu oynamışdır. Heydər Əliyev böyük şəxsiyyət idi, həmişə bütün məsələlərlə bağlı öz mövqeyini müdafiə edirdi, o vaxt yenidənqurma adı altında aparılan bir çox işlərə tənqidi yanaşırdı, onları qəbul etmirdi. Bilirdi ki, onların heç bir səmərəsi olmayacaq, əksinə, bunlar çox böyük zərər gətirə bilər. Əlbəttə ki, belə bir müstəqil şəxsiyyətin, özü də sovet məkanında böyük nüfuza malik olan şəxsiyyətin mövcudluğu o vaxt öz imkanlarına inanmayan, təsadüf nəticəsində hakimiyyətin zirvəsinə qalxan şəxsin xoşuna gələ bilməzdi. Bir də əlbəttə ki, Heydər Əliyevin istefasını ona qarşı olan paxıllıq, qısqanclıq və digər mənfi xüsusiyyətlər şərtləndirdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevə qarşı o vaxt sovet məkanında formalaşan erməni qruplaşmaları da rol oynamışdır. Əfsuslar olsun ki, burada, Azərbaycanda donos, anonim məktub yazanlar, vaxtilə rüşvətxorluğa, digər pozuntulara görə onun tərəfindən cəzalandırılan ünsürlər də öz məkrli məktubları ilə Heydər Əliyevə zərbə vurmaq, ondan qisas almaq üçün çirkin əməllər törədirdilər.

Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, ovaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Əlbəttə, Sovet İttifaqının dağılmasının səbəbləri kifayət qədər çoxdur. Ancaq onun əsas səbəbləri əlbəttə ki, yanlış milli siyasət olmuşdur. Sovet İttifaqını böyük dövlət kimi saxlayan məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da ki, qəsdən çox ziyanlı addımlar atmışlar. Onların arasında Dağlıq Qarabağdakı erməni millətçilərinin, separatçılarının vaxtında cəzalandırılmaması məsələsi xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən sonra digər yerlərdə də toqquşmalar baş verdi və nəticə etibarilə Sovet İttifaqı dağıldı.

Heydər Əliyev 1990-cı ilə qədər pensiyaçı həyatını yaşayırdı. 1990-cı ildə xalqımıza qarşı qanlı 20 Yanvar cinayəti törədildi. Bu cinayətin də başında dayanan məhz ovaxtkı sovet rəhbəri olmuşdur. Əfsuslar olsun ki, bu günə qədər o, bu və digər cinayətlərə görə məsuliyyət daşımır və bu məsuliyyətdən yayına bilmişdir.

Heydər Əliyev xalqımız üçün ağır anda yenə də göstərdi ki, o, xalqla bir yerdədir. Yaxşı yadımdadır, 1990-cı il yanvarın 21-də o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmişdi, - mən fəxr edirəm ki, onun yanında idim, - və orada böyük bir izdiham yaranmışdı. Oraya yığışan azərbaycanlılar öz etirazlarını hansısa formada ifadə etməyə çalışırdılar. Biz oraya yaxınlaşanda sakitlik idi. Yəni, insanlar sadəcə olaraq nümayəndəliyin önündə dayanmışdılar, sanki nəyisə gözləyirdilər və Heydər Əliyev gəldi, onlar onun simasında yenə də lideri gördülər. Baxmayaraq ki, o, heç bir vəzifə daşımırdı, 3 il idi pensiyaçı həyatı yaşayırdı. Eyni zamanda, ona qarşı həm sovet, həm də Azərbaycan mətbuatında təşkil edilmiş çirkin, böhtan xarakterli yazılar da gedirdi. Ona qarşı çox ədalətsiz və çirkin kampaniya aparılırdı. Ancaq insanların qəlbində Heydər Əliyev milli lider və güclü şəxsiyyət kimi yaşayırdı. İnsanlar onu görəndə kənara çəkildilər və biz açılan o canlı dəhlizlə binaya daxil olduq. Mətbuat konfransı təşkil edildi və Heydər Əliyev sovet rəhbərliyini, onun siyasətini qətiyyətlə pislədi, Azərbaycan xalqına başsağlığı verdi və sovet hakimiyyətinin hərəkətlərinə öz kəskin münasibətini bildirdi.

Deyə bilərəm, Sovet İttifaqında bəlkə də ilk hadisə idi ki, sovet rəhbərliyi, onun başında dayanan şəxs açıq mətbuat konfransında belə pislənildi. Onu da qeyd etməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq.

Yəni, bu addımı atmaqla Heydər Əliyev, ilk növbədə, xalqla bir yerdə olduğunu, cəsarətini, milli ruhunu göstərdi. Göstərdi ki, onun üçün Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Göstərdi ki, ən ağır faciəvi günlərdə o, xalqla bir yerdədir. Təbii ki, ondan sonra ona qarşı aparılan kampaniya daha da eybəcər formalar almışdır. Ona qarşı yenə də mətbuat kampaniyaları aparılırdı, təzyiq göstərilirdi. Bizdə olan məlumata görə, sovet rəhbərliyi onun həbsi ilə bağlı qərar da qəbul etmişdi.

Ondan sonrakı tarixi Azərbaycan ictimaiyyəti yaxşı bilir. Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxıb Azərbaycana gəldi. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi də sovet rəhbərliyinin göstərişi ilə oturub-dururdu və Heydər Əliyevə qarşı Bakıda da ədalətsizlik göstərilmişdir. Təşkil edilmiş insanlar aeroportda mitinq keçirirdilər, onun gəlişinə maneçilik törətməyə çalışırdılar və digər xoşagəlməz, insana yaraşmayan addımlar da atılmışdır.

Heydər Əliyev Naxçıvana üz tutdu və bu da hesab edirəm ki, tarixi zərurət idi. Çünki o vaxt Naxçıvan da təhlükə altında idi. Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar. Tam əminliklə deyə bilərəm ki, əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı bəlkə Naxçıvan da işğal oluna bilərdi. O, Naxçıvanı qorudu, naxçıvanlılar da onu qorudular. O vaxt Naxçıvanda da qanlı döyüşlər gedirdi və özünümüdafiə qüvvələri erməni qəsbkarlarını yerinə oturtdular.

Heydər Əliyev Naxçıvanda yaşayırdı, işləyirdi. Xalq onu dəstəkləyirdi və o da xalq üçün yaşayırdı. O vaxt Naxçıvanda önəmli qərarlar qəbul edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı rəsmi bayraq kimi qəbul edildi. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Naxçıvan Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı. Yəni, bu, müstəqilliyə aparan ilk addımlar idi. Naxçıvanda Yeni Azərbaycan Partiyası öz birinci təsis konfransını keçirdi və beləliklə, Azərbaycanda siyasi sistem formalaşdı. Əlbəttə ki, xalq da bunu bilirdi, görürdü, həm Naxçıvanda, həm Bakıda. Xalq Heydər Əliyevin Bakıya gəlməsini səbirsizliklə gözləyirdi.

Sonra AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi. Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi, cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

O da bir dönüş nöqtəsi idi. Çünki Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Həm siyasi böhran, hərbi böhran, iqtisadi tənəzzül yaşanırdı və əlbəttə ki, ölkəmizin gələcək taleyi çox qaranlıq idi. Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müddət ərzində Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxarmışdır. Baxmayaraq ki, hələ 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir və o cəhdin də qarşısını Azərbaycan xalqı aldı. Heydər Əliyev o vaxt da liderlik keyfiyyətlərini nümayiş etdirib, xalqa televiziya vasitəsilə müraciət edib, onu dövləti müdafiə etməyə dəvət edib və onun müraciətinə cavab olaraq on minlərlə insan meydanlara, küçələrə, Prezident Administrasiyasının önünə toplaşdı və beləliklə, həm 1994-cü ildə, həm 1995-ci ildə dövlət çevrilişinə cəhd alınmadı.

1996-cı ildən isə artıq sabitlik, inkişaf dövrü başlayır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü. O vaxt dövlətçiliyin əsasları qoyuldu. O vaxt azərbaycançılıq ideologiyasının təqdimatı oldu və xalq da buna çox müsbət yanaşdı və bu gün də azərbaycançılıq fəlsəfəsi bizim mühüm ideoloji əsasımızdır. O vaxt ciddi iqtisadi islahatlar aparılmışdır. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. 1994-cü ildə "Əsrin kontraktı" imzalanmışdır. Bu gün də "Əsrin kontraktı"nın əhəmiyyətini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatda görür. Abadlaşan şəhərlər, gözəlləşən ölkəmiz, yaradılan infrastruktur və inkişafda olan Vətənimiz, bunun əsas səbəbi o vaxt Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi idi.

1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır.

Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına son müraciətində gördüyü işlər haqqında danışmışdır və eyni zamanda, demişdir ki, hələ onun bir çox planları var. O, öz ümidini ifadə etmişdir ki, onun görə bilmədiyi işləri onun davamçıları görəcək və belə də oldu.

2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır. Sabitliyin mənbəyi də Azərbaycan xalqının iradəsidir. 2003-cü, 2008-ci, 2013-cü illərdə keçirilmiş prezident seçkiləri bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi. Keçən il keçirilmiş referendum da Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Bu gün xalq-iqtidar birliyi ən yüksək səviyyədədir və sabitliyin əsasını qoyan bax, bu amillərdir.

Heydər Əliyev 1993-cü ildə Azərbaycanda dərin siyasi islahatlara start verdi. O, başqa yol da seçə bilərdi. Ancaq o, həmişə deyirdi ki, bizim yolumuz demokratik inkişaf yoludur. Siyasi islahatların aparılması ilə Azərbaycanda demokratiyanın inkişafına çox böyük təkan verilmişdir. Bu gün Azərbaycanda bütün azadlıqlar var. Azərbaycan cəmiyyəti azadlıq şəraitində yaşayır, siyasi islahatlar davam etdirilir. Biz demokratik yolumuza dəfələrlə öz sadiqliyimizi göstərmişik.

Heydər Əliyev 1993-cü ildə uğurlu xarici siyasət aparmağa başlamışdır. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. O vaxta qədər Azərbaycan haqqında dünyada, ümumiyyətlə, məlumat yox idi, ya da ki, erməni lobbiçiləri dünya ictimaiyyətinə ölkəmiz haqqında yanlış, təhrif edilmiş məlumat çatdırırdılar. Heydər Əliyev o informasiya blokadasını dağıda bildi. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bir çox önəmli beynəlxalq tədbirlər, forumlar keçirilir. Azərbaycan 155 ölkənin dəstəyi ilə dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Biz bu istiqamətdə də Heydər Əliyevin siyasətinə sadiqliyimizi göstərdik, onun siyasətini davam etdirdik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da biz Heydər Əliyev kimi prinsipial mövqeyimizi müdafiə edirik və bu mövqe gündən-günə güclənir. 2003-cü ildən bu günə qədər aparıcı beynəlxalq təşkilatların qərarları, qətnamələri də bunu təsdiqləyir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı. Bütün bu təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi əks etdirən ədalətli qərarlar, qətnamələr qəbul etmişlər və Ermənistanın işğalçı siyasətini pisləmişlər. Artıq bu illər ərzində Xocalı soyqırımını dünyanın bir çox ölkələri rəsmən soyqırımı kimi tanıyıb və bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma "referendum"u heç kim tanımayıb. Minsk qrupuna həmsədrlik edən ölkələr bunu bəyan etdilər ki, bu "referendum"u tanımırlar. Qonşu ölkələr eyni bəyanatlar verdilər, beynəlxalq təşkilatlar bu bəyanatlarla bir daha göstərdilər ki, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşırlar və Dağlıq Qarabağı, bu qondarma qurumu tanımırlar və əminəm ki, tanımayacaqlar.

Ordu quruculuğu Heydər ƏIiyev üçün prioritet məsələ idi. Çünki o, hakimiyyətə gələndə bizdə nizami ordu yox idi. Bizim əsas problemimiz də bundan qaynaqlanırdı. Ordu quruculuğu prosesi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ordu quruculuğu prosesi uğurla gedir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu bütün beynəlxalq reytinqlər də təsdiqləyir. Həm maddi-texniki təminat, təchizat, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu baxımından bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu keçən ilin aprel ayında baş vermiş toqquşma da göstərdi. Qəhrəman Azərbaycan əsgər və zabitləri işğal edilmiş torpaqların bir hissəsini - Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi, - Füzuli, Cəbrayıl rayonlarının torpaqlarını işğalçılardan azad etdilər, orada Azərbaycan bayrağı qaldırıldı. Budur, bugünkü Azərbaycan Ordusu. Biz Ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, Ordumuzun uğurlarına kölgə salsın.

Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, Ordumuzu ləkələsinlər. Bizim Ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoymuşdur. Biz isə onun davamçılarıyıq, bu yolla gedirik və Ordumuz üçün nə lazımdırsa onu da edəcəyik.

Heydər Əliyev dərin iqtisadi islahatların başlanmasına təkan verdi. Bu gün Azərbaycan iqtisadiyyatı bütün parametrlərə görə bütün ölkələr üçün nümunə ola bilər. Son illər ərzində - 2004-cü ildən bu yana ümumi daxili məhsul 3 dəfə artıb, 1 milyon 700 min yeni iş yeri yaradılıb, bütün infrastruktur demək olar ki, yeniləşib. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcdan beş dəfə çoxdur. Valyuta ehtiyatlarımız təxminən ümumi daxili məhsula bərabərdir. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə iqtisadiyyatımızı 37-ci yerə layiq görüb. İnkişafda olan ölkələrin reytinqinə gəldikdə isə Davos Forumu bizi 1-ci, 2-ci yerə layiq görür. Budur, bu gün Azərbaycan iqtisadiyyatı və bizim uğurlu iqtisadi siyasətimiz.

Bunu sosial siyasətə də aid etmək olar. Məktəblər, xəstəxanalar. Hər il beş milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Məncə, heç bir başqa ölkədə belə bir praktika yoxdur. Bizim dövlətimizin sosial siyasəti çox uğurludur. Həmişə demişəm ki, biz bütün işləri xalq üçün edirik və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Heydər Əliyevin rəhbərliyi ilə uğurlu neft siyasəti aparılır. Heydər Əliyevin neft strategiyası bu gün də davam etdirilir. Onun öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi. Ondan sonra Bakı-Tbilisi-Ərzurum, daha sonra demək olar ki, həmin xətlə gedən Bakı-Tbilisi-Qars dəmir yolu, bu gün Cənub Qaz Dəhlizi. Azərbaycanın qaz yataqları dünya ilə birləşir. Biz dənizləri birləşdirdik. Xəzər dənizini Aralıq dənizi ilə, Qara dənizlə, Adriatik dənizi ilə birləşdirdik. Heydər Əliyevin neft strategiyası bu gün davam etdirilir.

Bakı şəhəri bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakının müasir rəmzləri yaradıldı. Onlardan biri də Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzidir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışının beşinci ildönümüdür. Beş il bundan əvvəl biz Heydər Əliyev Mərkəzində ilk görüşü keçirmişdik. Bu, bir müstəqillik, inkişaf rəmzidir. Mənim fikrimcə, müasir memarlıq əsərləri arasında Heydər Əliyev Mərkəzi birinci yerdədir.

Yəni, dediyim sözlər bir daha onu göstərir ki, Ulu Öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz - onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik. Sağ olun.

x x x

Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.

Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.

Əvvəlcə Azərbaycanın Xalq Şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında dövlətimizin başçısının Sərəncamı oxundu.

Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim etdi.

Nəriman Həsənzadə çıxış edərək Heydər Əliyev Mükafatına görə minnətdarlığını bildirdi.

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar" beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olundu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, "Şöhrət" ordenli şərqşünas alim Vasim Məmmədəliyevə "Qızıl çinar" beynəlxalq mükafatını təqdim etdi.

Vasim Məmmədəliyev çıxış edərək mükafata görə təşəkkürünü bildirdi.

Təntənəli mərasim bədii hissə ilə davam etdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    10-05-2016, 11:48

  • 
  • Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir

    Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər ...

    10-05-2016, 12:41

  • 
  • Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    Prezident İlham Əliyev və ailə üzvləri ümummilli ...

    12-12-2016, 11:03

  • 
  • Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident ümummilli lider Heydər Əliyevin ...

    12-12-2014, 11:06

  • 
  • Prezident İlham Əliyev: "Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı"

    Prezident İlham Əliyev: "Ulu öndər Heydər ...

    11-05-2017, 20:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (136)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu