GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycan dövlətinin humanitar faciənin qarşısının alınması sahəsində təcrübəsi çox nadir bir təcrübədir"

Birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycan dövlətinin humanitar faciənin qarşısının alınması sahəsində təcrübəsi çox nadir bir təcrübədir"

Tarix: 31-05-2017, 12:00 Bölmə :Siyasət Baxış: 501
Birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycan dövlətinin humanitar faciənin qarşısının alınması sahəsində təcrübəsi çox nadir bir təcrübədir"


Mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycanın Birinci vitse-prezidenti məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

- Xanımlar və cənablar, hörmətli tədbir iştirakçıları.

Bu gün biz qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Qaradağ rayonunda yeni yaşayış kompleksinin təməlini qoyduq. Artıq 20 ildən çoxdur ki, 1 milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Soydaşlarımızın üzləşdiyi problemlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlər, atılan addımlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunmuş, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqlənmişdir. Ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılmışdır.

Hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçkiqabağı vədlərində bildirmişdi ki, Azərbaycanda mövcud olan bütün çadır şəhərcikləri 5 il ərzində ləğv ediləcək və biz buna nail olduq, hətta 5 il yox, 4 il ərzində nail olduq. Son çadır şəhərciyi 2007-ci ildə ləğv olundu və çadır şəhərciklərində ağır şəraitdə yaşayan insanlar qaçqın və məcburi köçkün ailələri üçün inşa olunmuş 100-dək müasir yaşayış qəsəbəsinə köçürüldülər. Ümumilikdə, bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması demək idi.

Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınıb. Ali və orta ixtisas təhsili ocaqlarında ödənişli formada təhsil alan qaçqın və məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad olunmuşlar. Bu gün də dövlət tərəfindən həyata keçirilən bir sıra proqramlar, özünüməşğulluq, regionlarda ictimai işlərə aid yerlərin açılması məhz bu məqsədə, əhalimizin bu təbəqəsinin sosial problemlərinin həllinə yönəldilib və bir çox sosial problemlər öz həllini tapmaqdadır.

Ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm də demək olar ki, humanitar faciənin qarşısının alınması çox nadir bir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu sahədə hələ də öz həllini tapmayan problemlər mövcuddur. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Qaçqın və məcburi köçkün ailələrinin əksəriyyəti müvəqqəti məskunlaşdıqları bu ictimai binalarda, uşaq bağçalarında, pansionatlarda, tikintisi bitməmiş binalarda çox ağır vəziyyətdə yaşayırlar. Bu ilin mart ayında məhz bu problemə - qaçqın və məcburi köçkün ailələrinin Bakı və Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunmuş müşavirə keçirilmiş, bütün lazımi tapşırıqlar verilmişdir. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanmışdır. Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün artıq 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda artıq tikilmiş hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır.

Bu gün təqdim etdiyimiz layihə, təməlini qoyduğumuz müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun bu nəcib işə töhfəsidir. Burada, Qaradağ rayonunda 6 hektardan çox ərazidə yeni yaşayış kompleksi yaradılacaq, ümumilikdə, 1026 ailə üçün onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Əminəm ki, çox yaxın gələcəkdə - 1 il ərzində insanların rahat yaşaması üçün burada yeni bir qəsəbə salınacaq.

Hesab edirəm, çox gözəl haldır ki, dövlətlə yanaşı, biznes strukturları da, sahibkarlar da ölkəmiz üçün çox vacib olan bu məsələyə, soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıblar və öz dəstəyini verməyə hazırdırlar. Mən çox şadam ki, bu təşəbbüsə artıq bir sıra şirkətlər qoşulub. Mən bu şirkətlərin adlarını sadalamaq istərdim - "Kristal Abşeron" 5 mənzil təmin edib, "Azercell Telekom" - 2 mənzil, "Kontakt Home" mağazalar şəbəkəsi - 1 mənzil, "Sədərək" ticarət mərkəzi - 1 mənzil, "Retro Holdinq" - 164 mənzil, "Askorp" - 1 mənzil, "Azinşaat N" - 3 mənzil, "Dərhal" MTK - 50 mənzil, "Xəzər" MTK - 2 mənzil, "Araz-2011 A" - 3 mənzil, "Vesta Konstrakşn" - 2 mənzil, "Paşa İnşaat" şirkəti təməlini qoyduğumuz yaşayış kompleksində inşa olunan - 1022 mənzil. Mən soydaşlarımızın problemlərinə biganə qalmayan, dəstək verən bu şirkətlərin rəhbərlərinə dərin minnətdarlığımı çatdırıram. Hesab edirəm ki, bu, çox yüksək qiymətə layiq olan təşəbbüsdür və fürsətdən istifadə edərək Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, digər sahibkarları bu təşəbbüsü dəstəkləməyə və ona qatılmağa dəvət edirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, bu, xalqımızın həmrəyliyinin, dövlətimizin gücünün və inkişafının təzahürüdür. Bizim bütün işlərimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur. Bizim məqsədimiz güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır.

Şübhəsiz ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Mən inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunan torpaqlarda Azərbaycan dövləti bütün lazımi infrastrukturu quracaq, şəhərlərimizi, qəsəbələrimizi bərpa edəcək. Bir daha deyirəm ki, bizim əziz soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Buna heç bir şübhə ola bilməz.

Çox gözəl haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulur. Bir daha qeyd edirəm ki, Azərbaycan dövləti bu sahədə böyük uğurlar əldə edib. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanı nümunə göstərir. Baxmayaraq ki, müstəqilliyimiz bərpa olunandan sonra ölkəmiz ilk illəri çox ağır vəziyyətdə yaşayırdı. Amma biz bu humanitar faciənin qarşısını ardıcıl surətdə almağa nail olduq. İndi qarşımızda duran əsas məqsəd ilk mərhələdə 4 min ailəni yeni mənzillərlə təmin etmək, qəzalı, yararsız binalardan köçürməkdir. Əminəm ki, biz buna birlikdə nail olacağıq.

Mən sizin hər birinizi mübarək Ramazan ayının başlanması münasibətilə təbrik edirəm, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Çox sağ olun.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Birinci vitse-prezidentdən özəl sektora müraciət

    Birinci vitse-prezidentdən özəl sektora müraciət ...

    30-05-2017, 22:24

  • 
  • Prezident İlham Əliyev və xanımı Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasiminə qatılıblar

    Prezident İlham Əliyev və xanımı Yasamal Yaşayış ...

    24-12-2016, 11:27

  • 
  • Birinci vitse-prezident: "Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri yeni mənzillərlə təmin etməkdir"

    Birinci vitse-prezident: "Qarşımızda duran ...

    9-03-2017, 21:08

  • 
  • Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Rusiya Prezidenti Azərbaycanın Birinci ...

    7-03-2017, 19:56

  • 
  • Azərbaycanın birinci vitse-prezidenti hansı səlahiyyətlərə malikdir?

    Azərbaycanın birinci vitse-prezidenti hansı ...

    21-02-2017, 14:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu