Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanq Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Vyetnam dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirməkdən şərəf duyuram.
Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi sahədə böyük nailiyyətlər qazanmasını, xalqınızın rifahının yüksəlməsini və ölkənizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini görməkdən məmnunluq hissi keçirirəm.
Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi hər iki tərəf üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Əminəm ki, hər iki dövlətin rəhbərliyinin siyasi iradəsi sayəsində Azərbaycan ilə Vyetnam arasında ənənəvi əməkdaşlıq münasibətləri ölkələrimizin rifahı naminə bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, investisiya sahələrində inkişaf edəcək, daha da dərinləşəcək, dünyada və regionda sülhə, sabitliyə, əməkdaşlığa töhfəsini verəcəkdir.
Azərbaycana tərəqqi, Azərbaycan xalqına xoşbəxtlik diləyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə daha da böyük nailiyyətlər arzulayıram.
XXX
Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
Zati-aliləri.
Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Mən ölkələrimiz arasındakı dostluğu yüksək qiymətləndirir və gələcəkdə əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm. Müqəddəs Ramazan ayında ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?