Nazir vəzifəsindən azad edilən Əli Abbasov uzun müddət medaidan kənar dayandı. Əksəriyyət hesab edirdi ki, o vəzifəsindən azad olunandan sonra həbs olunacaq. Amma işin gedişatı göstərdi ki, əslində keçmiş nazir Əli Abbasov nazir olan zaman MTN-in girovuna çevrilibmiş. MTN şefi Eldar Mahmudovun təzyiqləri ilə üzləşən nazir , onun dediklərini yerinə yetirməli olub. Məhz buna görə Əli Abbasov azadlıqda qala bildi. 10may.az saytına daxil olan məlumata görə Əli Abbasov hazırda MTN işi ilə bağlı başlanmış məhkəmə prosesinin sona çatmasını gözləyir. Məhkəmə prosesi başa çatandan sonra onun Elmlər Akademiyasında institutlardan birinə direktor təyin olunacağı planlaşdırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?