Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən aşağıdakı şəxslər Fondun Müşahidə Şurasının üzvləri təyin ediliblər:
Dövlət orqanlarından:
Quliyev Cəmaləddin Həsən oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Həsənov Rasim Aydın oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri
Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri
Kütləvi informasiya vasitələrindən:
Həsənov Həsən Zal oğlu - "Xalq qəzeti"nin baş redaktoru
Hüseynov İlqar Məmməd oğlu - "Trend" İnformasiya Agentliyinin baş direktoru
Quliyev Bəhruz Vaqif oğlu - "Səs" qəzetinin baş redaktoru
Jurnalist təşkilatlarından:
Əskərov Ramiz Baxşəli oğlu - Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
Mirzəyev Ayaz Nizami oğlu - "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri
Rüstəmov Əvəz Cahangir oğlu - "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.
Bu sərəncamla "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?