Bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşünün yekunlarına dair iclas keçirilib.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan Baş Prokuror Zakir Qaralov görüşün əhəmiyyətindən danışıb.
O qeyd edib ki, görüşün keçirildiyi iki gün ərzində faydalı fikir və təcrübə mübadiləsi aparıldı.
Z.Qaralov bildirib ki, bu cür görüşlərin keçirilməsi regionda və dünya miqyasında nüfuz qazanmış İƏT çərçivəsində səylərin birləşdirilməsi naminə tələblərdən birinə çevrilib: "Ümidvaram ki, Azərbaycan hökumətinin maliyyə və siyasi dəstəyi ilə keçirilən bu tədbir zamanı əldə olunan bilirklər və təcrübələr İƏT ölkələrində korrupsiyaya qarşı işi yeni müstəviyə qaldıracaq".
İƏT Baş katibinin müavini Ələvi Səbzivari görüşün İƏT ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycan hökumətinə bu görüşün yüksək səviyyədə keçirdiyinə görə təşəkkürünü bildirib.
Daha sonra iclasda İƏT üzv dövlətlər arasında Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?