GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA “TƏRƏQQİ” MEDALI VERDİ, O İSƏ… - RƏZALƏT DAVAM EDİR (Foto və video – yenilənib)

PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA “TƏRƏQQİ” MEDALI VERDİ, O İSƏ… - RƏZALƏT DAVAM EDİR (Foto və video – yenilənib)

Tarix: 16-06-2017, 17:30 Bölmə :Siyasət Baxış: 997
PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA “TƏRƏQQİ” MEDALI VERDİ, O İSƏ… - RƏZALƏT DAVAM EDİR (Foto və video – yenilənib)


İmişli rayonu Çaxırlı kəndində bir villası, Bakının “Gənclik” metrosu adlanan ərazisində bir bahalı mənzili, yenə də paytaxtın Balaxanı kəndində bir villası, Audi Q7-də daxil olmaqla bir neçə xarici avtomobili, İmişlidə Qaragüvəndikli kəndi istiqamətində beton zavodu, mebel sexi və s. olan, bir neçə yüz manat dövlətdən əmək haqqı almaqla bu qədər sərvətə sahiblənmiş, lakin Vilyam Hacıyevin qəbuluna palçıqlı rezin çəkmə ilə gələn İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədovun “sadəliyi və səmimiliyi” RİH başçısını heyran edib?

Su təsərrüfatı və meliorasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Məmmədov Nizami Sabir oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2017-ci il.
Cəmi 32 nəfər. Prezidentin imzaladığı Sərəncamda 24-cü adam. Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi, Və… Martın 8-də - doğum günü, paytaxtın ən bahalı restoranlarından birində - “ALTUN” sarayda özü üçün ölkə şou-biznes nümayəndələrinin iştirakı ilə 50 illik yubiley tədbiri keçirən məmur. Azərbaycan Prezidentinin: "Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr - bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir" – göstərişini verməsinə baxmayaraq, yuxarıda qeyd edildiyi kimi İmişli Suvarma Sistemləri idarəsinin rəisi NİZAMİ MƏMMƏDOV PREZİDENT İRADƏSİNƏ QARŞI ÇIXDI. GÖRƏSƏN PREZİDENT İRADƏSİNƏ QARŞI ÇIXMASINDAN CƏMİ 88 GÜN SONRA KİM, NƏ MƏQSƏDLƏ NİZAMİ MƏMMƏDOVUN ADINI SU VƏ MELİORASİYA İŞÇİLƏRİNİN PREZİDENT TƏRƏFİNDƏN “TƏRƏQQİ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ İLƏ BAĞLI İMZALAYACAĞI SƏRƏNCAMA ƏLAVƏ ETDİRDİ?

PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA “TƏRƏQQİ” MEDALI VERDİ, O İSƏ… - RƏZALƏT DAVAM EDİR (Foto və video – yenilənib)


İmişli Suvarma Sistemləri idarəsinin rəisinin məlum əməlindən sonra atılan bu addımın səbəbi nədir? Bəlkə hansısa gizli əl Nizami Məmmədovu Prezident iradəsinə qarşı çıxdığı üçün mükafatlandırır? Maraqlıdır, ölkədə görəsən nə baş verir? Nədən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Nizami Məmmədovun Prezident iradəsinə qarşı çıxmasını sübut edən video və fot faktlardan sonra hələ də, hər gün saat 18.30-da ondan – Nzami Məmmədovdan əkdiyi pambığla bağlı günlük məlumatlar almaqda davam edir? Axı kəndliyə “pambığ əkin” mesajı, Prezident tərəfindən göstəriş yox, sadəcə tövsiyyə idi. Həm də bunu kənd icra nümayəndələrinə, müəssisə rəhbərlərinə deyil, məhz kəndliyə tövsiyyə etmişdi cənab Prezident. Vilyam Hacıyevin göstərişi isə əksinə kənd icra nümayəndələrinə. bələdiyyə sədrlərinə və ayrı – ayrı dövlət müəssisəsi rəhbərlərinə ünvanlanıb. Əks halda nədən icra başçısı həmin şəxsləri günlük məlumatlandırmalara gəlməyə məcbur etsin? Təkrarda qüsur olmaz deyiblər. Pambığ əkmək sadəcə Prezident tövsiyyəsi idi, Hökumət qərarı yox. “Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr - bunu yığışdırın, bəsdirin” – sözləri isə konkret tapşırıqdır.

PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA “TƏRƏQQİ” MEDALI VERDİ, O İSƏ… - RƏZALƏT DAVAM EDİR (Foto və video – yenilənib)


Həm də Prezidentin tapşırığı. Ortaya qoyulan Ali Siyasi iradə iradə idi. Bəyəm İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev üçün idarə müdirlərinin əkdikləri pambıq Prezidentin konkret göstərişindən dahamı üstündür? Nizami Məmmədovun Prezident iradəsinə qarşı çıxmasından cəmi 88 gün sonra onu RİH-nin inzibati binasına dəvət edib “Tərəqqi” medalı alması münasibətilə təmtəraqla təbrik edərkən İmişli Suvarma Sistemləri idarəsinn rəisinin əməllərindən Vilyam Hacıyev xəbərsiz idimi? Görəsən cənab Vilyam Hacıyev mətbuatı izləmirmi? Və ya İmişli İcra Hakimiyyətində bu işlə məşğul olan struktur yoxdurmu? Axı Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinn rəisi Nizami Məmmədovla bağlı ötən araşdırmalarımızda istər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə, istərsə də İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə “Kütləvi İnformasiya Haqqında Azərbaycan Respunlikası Qanunu”n 8-ci maddəsini xatırlatmışdıq:
- Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Xatırladaq ki, Su Təsərrüfatı və Meliorasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin təyinatı ilə bağlı Sərəncamlarıda, o cümlədən “Kütləvi İnformasiya haqqında Azərbaycan Respublikasının Qanunu” da məhz Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanıb. Bəs elə isə nədən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev sonuncunu – KİV haqında Qanunu görməzdən gəlir? Bəlkə həmin Qanunun 8-ci maddəsi RİH başçısının maraqlarına toxunur?



Doğrudur, axı cənab Vilyam Hacıyev necə etiraf etsin ki, verdiyi razılıq arayışlarının müqabilində özünün imzaladığı sərəncamların nəticəsi olaraq rayon mərkəzindən keçən MTS adlı su kanalını zibil poliqonuna çevirən İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov “Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə” görə “Tərəqqi” medalı ilə təltif edilməməli, məhz səmərəsiz fəaliyyətinə görə cəzalandırılmalıdır? Biz inanmaq istəyirik ki. Vilyam Hacıyevin İmişli rayon Nurulu kənd bələdiyyəsinin Nizami Məmmədovun qanunsuz əməlləri ilə bağlı cənab Prezidentə göndərdiyi müraciətdən xəbəri yoxdur. Və ona da inanmaq istəyirik ki, rayonun kəndlərindən RİH-ə su problem ilə bağlı şikayətə gələn kəndlilərin qarşısına Nizami Məmmədovu çıxararkən, onun, “nəyinizə lazımdır pambığ əkmək, əkməyin” - sözlərini Vilyam Hacıyev RİH binasının ikinci mərtəbəsindəki kabinetinin pəncərəsindən eşitməyib. Belə olan təqdirdə çarəsiz kəndli kömək üçün Prezidentə müraciət edir. Sıradan bir müəssisə rəhbərinin özbaşınalığından, ərköyünlüyündən məhz ölkə Prezidentinə müraciət edilir. Üzürü, günahından daha betər. Əgər hər bir işlə cənab Prezident məşğul olacaqdısa, bəs onda İmişli rayon İcra Hakimiyyətinin fəaliyyəti nədən ibarətdir? Nədən Vilyam Hacıyev Nizami Məmmədovdan hesab sormur? Yoxsa İmişli Suvarma Sistemləri idarəsinin rəisinin hər gün 18.30-da, RİH-nin inzibati binasında sovetlər dönəmində olduğu kimi şişirdilmiş “pambığ hesabatı” verməyi onun – Vilyam Hacıyevin xoşuna gəlir? Və ya İmişli rayonu Çaxırlı kəndində bir villası, Bakının “Gənclik” metrosu adlanan ərazisində bir bahalı mənzili, yenə də paytaxtın Balaxanı kəndində bir villası, Audi Q7-də daxil olmaqla xarici avtomobilləri, İmişlidə, Qaragüvəndikli kəndi istiqamətində beton zavodu, mebel sexi və s.-i olan, bir neçə yüz manat dövlətdən əmək haqqı almaqla bu qədər sərvətə sahiblənmiş, lakin Vilyam Hacıyevin qəbuluna palçıqlı, rezin çəkmə ilə gələn İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədovun “sadəliyi və səmimiliyi” RİH başçısını heyran edib?

PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA “TƏRƏQQİ” MEDALI VERDİ, O İSƏ… - RƏZALƏT DAVAM EDİR (Foto və video – yenilənib)


Vilyam Hacıyevin diqqətinə çatdırmağı özümüzə borc bilirik: Sizin İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovu qoruma altına almanız “Tərəqqi” medallı rəisin də işlərinə yarayır. Əgər belə olmasa idi bir neçə gün öncə - iyunun 14-də Çaxırlı kəndindəki villasında iki qoç kəsib təmtəraqlı qonaqlıq verməzdi. Lütfən bunun Ramazan ayına məxsus iftar süfrəsi olduğunu söyləməyin.

PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA “TƏRƏQQİ” MEDALI VERDİ, O İSƏ… - RƏZALƏT DAVAM EDİR (Foto və video – yenilənib)


Nəinki müqəddəs İslam dinində, hətta yəhudilikdə belə iftar süfrəsinə spirtli içkilər düzülmür. Cənab Vilyam Hacıyevə bir məsələni də xatırlatmaq istərdik. Məhz sizin qayğınız sayəsində İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov qəbulunuza rezin çəkmələrdə gəlsə də ərəb şeyxlərinin həyatını yaşayır. Oğlanlarını isə şahzadələrə xas həyat tərzi ilə təmin edib. Ola bilsin ki, şəxsən siz – İmişli rayon İcra Hakimiyyətinn başçısı Vilyam Hacıyev İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun “burda nə var ki, ad günümü ailəmlə bir yerdə keçirmişəm” – sözlərindən təsirlənə bilərsiniz. Lakin cənab Prezident - “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər” – deyərkən, məmur ailəsi ilə belə tədbir keçirə bilər söyləməmişdi. Digər tərəfdən cənab Prezident – “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?” – qeyd edərkən, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun Azərbaycan Kooperasiya universitetinin tələbəsi olan oğlu Sabir Məmmədli istisna olmaqla da deməmişdi. Əksinə cənab Prezident - ...Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır...” – deyə konkret tapşırıq verib. Bəs siz - cənab Vilyam Hacıyev nə deyirsiniz? Hələ də İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun “dərc edilən foto və videolar montajdır” nağıllarına inanırsınızmı? Elə isə buyurun İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun oğlu. Azərbaycan Kooperasiya universitetinin tələbəsi, “İmişli şahzadəsi” Sabir Məmmədlinin təşkil etdiyi kef məslislərinin birində çəkdirdiyi yeni fotolar və video. Bir zəhmət, son olaraq sualımıza cavab verin: Min bir zəhmətlə tarlada əkdiyini suvara bilmədiyi üçün yanınza şikayətə gələn, cavab olaraq siz isə zəhmətkeş kəndlini qəbul etmək əvəzinə, himayə etdiyiniz, hədyan sözlər müəllifi, ərköyün Nizami Məmmədovu qarşılarına çıxardığınız zavallı kəndlinin övladı bunları edə bilərmi?
Araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.





Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident medal və fəxri adlar verdi - SİYAHI

    Prezident medal və fəxri adlar verdi - SİYAHI ...

    17-06-2016, 18:35

  • 
  • Prezident İlham Əliyev Əbdüləziz Osman əl-Tuveycriyə "Dostluq" ordeni verdi

    Prezident İlham Əliyev Əbdüləziz Osman ...

    26-11-2015, 14:39

  • 
  • Azərbaycan mədəniyyət xadimlərinə prezident təqaüdü verildi

    Azərbaycan mədəniyyət xadimlərinə prezident ...

    30-12-2015, 23:43

  • 
  • Prezident fəxri diplom verdi

    Prezident fəxri diplom verdi ...

    2-02-2016, 22:57

  • 
  • Şəhid ailələri üçün prezident təqaüdü artırıldı

    Şəhid ailələri üçün prezident təqaüdü artırıldı ...

    16-01-2016, 17:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu