GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Tarix: 23-06-2017, 14:11 Bölmə :Siyasət Baxış: 554
Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO


İyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.

gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev açılış mərasimində iştirak edib.

Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verdi ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.

Dövlətimizin başçısı zavodu işə saldı.

Bildirildi ki, bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, yığma, ümumilikdə, 7 istehsal sahəsi var. Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən universal və xüsusi texnoloji avadanlıq - proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç, Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və digər ölkələrin müvafiq qurumlarından alınıb.

Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü birnövbəli iş rejimində 15 min atəş yığımı təşkil edir.

Bu cür müəssisələrin yaradılması ölkəmizdə müdafiə sənayesinin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkəmizdə istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır. Eyni zamanda, bu sahədə ixrac imkanlarımızı da genişləndirir, xaricdən asılılığımızı aradan qaldırır.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov çıxış etdilər.

Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxundu.

Prezident, Ali Baş Komandan ali hərbi rütbələrin vəsiqələrini və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini təltif olunan hərbi qulluqçulara təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

11:49

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.

gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Yavər Camalov müəssisə barədə dövlətimizin başçısına məlumat verdi. Zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.

Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, zavod 10 istehsal sahəsindən, o cümlədən avtomatlaşdırılmış mexaniki emal, termiki emal, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, ekspres laboratoriya, yığma sahələrindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalı üçün müəssisədə dünyanın bu sahədə qabaqcıl ölkələrindən olan Almaniyanın, ABŞ-ın, Fransanın, Hollandiyanın, İtaliyanın, Bolqarıstanın, Avstriyanın, Türkiyənin, Ukraynanın və Tayvanın müvafiq şirkətlərinin müasir standartlara cavab verən 45 texnoloji avadanlığı alınaraq quraşdırılıb. Bu avadanlıqlar arasında proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları, yoxlama və sınaqların aparılması üçün müxtəlif çeşidli laboratoriya avadanlığı var. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 280 adda xüsusi və universal ölçü alətlərinin və tərtibatların alınması təmin edilib. Zavodda 170 yeni iş yeri yaradılıb. Bütün işçilərə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Eyni zamanda, partlayıcı maddələrlə işləyənlər müvafiq kurs keçərək xüsusi sertifikat alıblar. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 20 min atəş yığımı təşkil edir ki, bu da güc strukturlarının tələbatını ödəməyə imkan verəcək. Bu məmulatlara xarici dövlətlərdən sifarişlərin olduğunu nəzərə alaraq gələcəkdə ixrac imkanları nəzərdən keçiriləcək.

Dövlətimizin başçısı müəssisənin kollektivinə uğurlar arzuladı.

10:56

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.

gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, o cümlədən elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib. Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, müasir hamam-camaşırxana kompleksi də yaradılıb. Həmçinin hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var. Hərbi hissənin tədris bölməsində atəş, rabitə, taktiki hazırlıq, avtomobillərin idarə edilməsi, yol hərəkətinin təşkili və aşpazların hazırlanması sinifləri də hərbçilərin istifadəsinə verilib. Sinif otaqlarının hamısı zəruri inventar, o cümlədən əyani vəsaitlə təchiz olunub. Hərbi hissənin həyətində idman qurğuları da quraşdırılıb. Gələcəkdə burada dördmərtəbəli kazarmanın inşası planlaşdırılır.

Qərargah binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını əks etdirən fotostend yaradılıb. Binadakı brifinq və xidməti otaqlar zəruri inventarla təchiz olunub. Burada hərbçilərin yüksək səviyyədə xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb.

Dövlətimizin başçısı əsgər kazarmasında da oldu. Müasir səviyyədə yaradılan kazarmada əsgərlərin qalmaları və istirahət etmələri üçün bütün şərait var. Kazarmalar isti döşəmə, həmçinin kondisionerlə təchiz olunub. Kazarmada əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün də geniş imkanlar mövcuddur. Burada ideoloji və məişət otaqları, əmlak anbarı və bərbərxana da əsgərlərin ixtiyarına verilib. Bir sözlə, buradakı şərait Azərbaycan dövlətinin ordu quruculuğu, o cümlədən Daxili Qoşunların hərbçilərinin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bu, həm də onu göstərir ki, Azərbaycan əsgəri bu gün ən müasir hərbi hissələrdə xidmət keçir. Bu isə şübhəsiz ki, Ali Baş Komandanın diqqəti və qayğısı sayəsində mümkün olub.

Sonra dövlətimizin başçısı Daxili Qoşunların hərbi silah-sursat və texnikası ilə tanış oldu. Bu gün Daxili Qoşunlar istər döyüş qabiliyyəti, istər maddi-texniki təchizat, istərsə də hərbi-texniki avadanlıqlara görə ən müasir hərbi birləşmələrdən biridir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri olan Daxili Qoşunlar cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusion hüquqlarının və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri layiqincə yerinə yetirir.

Sonra Prezident İlham Əliyev hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldu. Burada əsgərlərin dolğun qidalanmaları üçün bütün zəruri şərait yaradılıb. Yeməkxanada eyni vaxtda 320 əsgər qidalana bilər. Yeməkxananın çörək, balıq, ət, tərəvəz, quru ərzaqlar və sinif otaqları da var.

Hərbi hissənin tibb məntəqəsi də müasir səviyyədədir. Burada hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün zəruri şərait yaradılıb. Məntəqədə palatalar, aptek, yeməkxana, sarğı və digər zəruri otaqlar var. Burada hərbi qulluqçulara fizioterapiya, stomatoloji və başqa tibbi xidmətlər göstəriləcək.

Hərbi hissənin ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

10:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Şirvan şəhərinə səfərə gəlib.

gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO

Prezident İlham Əliyev Şirvanda səfərdədir - FOTO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Sumqayıtda iki zavodun açılış, bir müəssisənin təməlqoma mərasimlərində iştirak edib - FOTO

    Prezident İlham Əliyev Sumqayıtda iki zavodun ...

    25-10-2015, 13:27

  • 
  • Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

    Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı ...

    17-12-2015, 14:57

  • 
  • Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və Ağdam rayonlarında olublar

    Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və ...

    1-05-2016, 22:30

  • 
  • Prezident Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

    Prezident Şirvandakı partlayışla bağlı sərəncam ...

    27-07-2016, 00:53

  • 
  • Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - FOTO

    Prezident İlham Əliyev Türkiyədə işgüzar ...

    9-10-2016, 17:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (325)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu