Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.
gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, belə möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.
Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram.
Fürsətdən istifadə edərək müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?