Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilərin bu məlumatı həqiqətə uyğun deyil. O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də Azərbaycanın yaşayış məntəqələrini davamlı şəkildə atəşə tutur: "Beynəlxalq təşkilatlar artıq ermənilərin son təxribatı barədə məlumatlandırılıb. Ermənistan cəzasız qalmayacaq"./Trend/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?