Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış ediblər.
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib. "Erməni ordusu Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılmasa problem öz həllini tapmayacaq" Dağlıq Qarabağ münaqişəsi ATƏT regionunda sülh və təhlükəsizliyə ciddi təhdid olmaqda qalır.
Azərbaycan XİN nümayəndə heyəti Mauerbaxda keçirilən qeyri-rəsmi görüşdə bu barədə fikir səsləndirib. "Rosbalt"-ın yaydığı həmin çıxışda deyilir:
"Erməni ordusu Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılmasa problem öz həllini tapmayacaq. ATƏT çərçivəsində status-kvonun qəbuledilməz olduğu barədə vahid mövqeni möhkəmləndirmək lazımdır. Ermənistanın qoşunların təmas xəttində müntəzəm olaraq təxribat törətməsini nəzərə alaraq status-kvonu dəyişdirməliyik".
Azərbaycan tərəfi qeyd edib ki, ermənilər tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə açılan atəş nəticəsində dinc sakinlərin ölümü beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır:
"Bu bir daha sübut edir ki, Ermənistan Azərbaycanı adekvat cavablar verməyə təşviq edir və bununla da sülh danışıqlarını pozmağa çalışır".
Azərbaycan nümayəndə heyətinin vurğuladığı kimi Ermənistanın siyasi rəhbərliyi başa düşür ki, münaqişənin sülh yolu ilə həlli Azərbaycanın işğal olunmş torpaqlar üzərində suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnə bilər. Azərbaycan XİN qeyd edir:
"Ermənistanın hakim rejimi başa düşür ki, münaqişənin həllindən sonra legitimlik böhranı ilə üz-üzə qalmaq qaçınılmazdır. Bu səbəbdən bu tip təxribatlara əl atır".
Çıxışda həm də erməni xarici işlər nazirinin Mauerbaxda dialoq imkanını əldən buraxmasından təəssüf hissi keçirildiyi bildirilir: "Ermənistan XİN rəhbəri Azərbaycan ünvanına əsassız ittihamlarla dolu bəyanatla çıxış edib. Bu tip çıxışlar daxili auditoriya üçün hesablanıb. ATƏT-də hamı gözəl başa düşür ki, Azərbaycan-Ermənistan münaqişəsində aqressor kimdir. Aqressiyaya məruz qalan tərəf kimdir".[/b]
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?