GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İcra başçılarını gözləyən sərt qış: çoxları vəzifələrini itirəcək

İcra başçılarını gözləyən sərt qış: çoxları vəzifələrini itirəcək

Tarix: 13-07-2017, 12:04 Bölmə :Siyasət Baxış: 492
İcra başçılarını gözləyən sərt qış: çoxları vəzifələrini itirəcək


İlin sonunda rayon icra hakimiyyəti başçılarının bir çoxu vəzifələrini itirəcək. Bu qənaət prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasındakı yekun nitqindən hasil olur. Prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışıb, bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırladıb.

Prezidentin çıxışından sitat: “Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.
İlham Əliyev onu da bildirib ki, bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. “Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək»-prezident xəbərdarlıq edib.
Yerli icra orqanlarının qarşısında özəl (həm xarici, həm daxili) investiyaların cəlb edilməsinə dair vəzifə prezident İlham Əliyev tərəfindən ötən ilin əvvəlində keçirilmiş müşavirədə qoyulmuşdu. Hansı ki, həmin müşavirə postneft dövrü iqtisadiyyatının əsas inkişaf prioritetlərini müəyyən etmişdi və elan edilmişdi ki, rayon icra hakimiyyəti orqanlarının vəzifəsi artıq mərkəzi büdcədən ayrılan dotasiyaları xərcləməkdən ibarət olmayacaq. Bu dotasiyalar azaldılacaq və yerli icra hakimiyyəti orqanları artıq özləri yerli iqtisadiyyatın inkişaf etdirilməsi üçün çalışmalı, beləliklə də pulları özləri qazanmalıdır. Və həmin icra hakimiyyəti orqanlarının rəhbərləri həm yerli, həm xarici özəl investorların cəlb edilməsi ilə məşğul olmalıdır.

Həmin vaxt prezident tərəfindən müəyyən edilmiş bu vəzifə əksər icra hakimiyyəti başçıları üçün qeyri-adi və hətta anlaşılmaz görünürdü. Onların bir çoxu investisiyaların cəlb edilməsi üçün nə etmək lazım olduğunu belə dərk edə bilməzdi, çünki büdcədən ayrılan pulların xərclənməsindən başqa ayrı fəaliyyət istiqamətləri olmamışdı. Hələlik müəyyən deyil ki, yeni iqtisadi reallıq yerli icra hakimiyyəti rəhbərlərini öz vərdişlərini dəyişməyə nə dərəcədə məcbur edib. Bunu ilin sonunda prezidentə təqdim olunacaq hesabat göstərəcək.

Lakin bəribaşdan qeyd etmək olar ki, yerlərdə icra orqanlarının rəhbərləri investisiya cəlbediciliyini formalaşdırmaq üçün nə etməli olduqlarını hələ də dərk edə bilməyiblər. Onlar üçün xarici investorlarla danışıqlar aparıb məsul olduqları bölgənin iqtisadiyyatına sərmayə yatırmağa inandırmaq heç vaxt qarşılaşmadıqları təcrübədir. Yaxud bir çox hallarda icra hakimiyyəti başçıları investorlara hələ də özlərinin qazanc mənbəyi kimi baxmaq vərdişlərindən əl çəkməyiblər. Deməli ilin sonunda belələrinin kütləvi şəkildə vəzifələrini itirməsi qaçılmaz olacaq./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yerli icra hikimiyyəti və hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar.

    Yerli icra hikimiyyəti və hüquq-mühafizə ...

    13-10-2015, 02:03

  • 
  • İlham Əliyev icra başçılarını topladı

    İlham Əliyev icra başçılarını topladı ...

    5-02-2014, 12:00

  • 
  • İcra başçılarının təyinat məsələsi yanvara qaldı - ÖZƏL

    İcra başçılarının təyinat məsələsi yanvara qaldı ...

    23-10-2013, 23:24

  • 
  • Avtomobil yolları ilə bağlı mühüm qərar

    Avtomobil yolları ilə bağlı mühüm qərar ...

    14-05-2014, 10:49

  • 
  • Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri müəyyənləşib"

    Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri ...

    4-02-2016, 20:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (269)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu