Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi dövlət qeydiyyatına alınacaq, fəaliyyətə başlayacaq. Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin işçilərinin say həddi 62 ştat vahidi müəyyən edilib.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin bəzi məsələləri haqqında” qərarında əksini tapıb.
Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin Nizamnaməsi və strukturu təsdiqlənib. Qərara əsasən Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxsin nizamnamə fondu 1 milyon manat məbləğində müəyyən edilib. Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxsin ilkin dövrdə fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına 1milyon manta məbləğində vəsait ayrılacaq və bu vəsait həmin publik hüquqi şəxsin nizamnamə fondunun formalaşdırılmasına yönəldiləcək.
Əmlak Məsələləri Dövlət Komitəsi Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin fəaliyyəti üçün müvafiq xidməti yer ayrılmasını, Dövlət Mülki Aviasiya Administrasiyası bu qərardan irəli gələn məsələləri həll etməli, habelə Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən bir gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməsini təmin etməlidir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarları rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Beləliklə, gələn həftə Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi dövlət qeydiyyatına alınmalıdır.
Xatırladaq ki, Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxsi Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il 2 fevral tarixl fərmanı ilə yaradılıb./APA
Sorğu
Yeni dizaynımız necədir?