GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » DTX-nin istintaq zamanı götürdüyü zinət əşyaları və pullar banklarda saxlanacaq

DTX-nin istintaq zamanı götürdüyü zinət əşyaları və pullar banklarda saxlanacaq

Tarix: 10-08-2017, 15:17 Bölmə :Siyasət Baxış: 346
DTX-nin istintaq zamanı götürdüyü zinət əşyaları və pullar banklarda saxlanacaq


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi proseduru müəyyənləşib.

Virtualaz.org-un məlumatına görə, bu, DTX-nin qərarı ilə təsdiqlənən “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Təlimata əsasən aşağıdakı əmlak uçota götürülür və saxlanılır:

- tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər;

- Azərbaycan və digər dövlətlərin orden və medalları;

- milli və xarici valyutada olan pul vəsaitləri, bank kartları;

- dövlət daxili uduş istiqrazları, lotereya biletləri, əmanət kitabçaları, sertifikatlar, səhmlər, veksellər, çeklər və digər qiymətli kağızlar;

- qiymətli metallar-istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tullantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallar (palladium, iridium, rodium və ritenum) ;

- qiymətli daşlar - işlənilmiş şəkildə olan almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;

- qiymətli metallardan və qiymətli daşlardan və qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və məişət əşyaları;

- korpusu qiymətli metaldan olan bütün sistemlərdən olan saatlar;

- dini ibadət (ayin) əşyaları;

- mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar;

- adları çəkilməyən digər qiymətlilər.

DTX tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalar, pullar və digər qiymətlilər törədilmiş cinayət işinə aidiyyətindən, xüsusiyyətlərindən qiymətindən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, həmin orqanların maliyyə xidmətlərində, müvəkkil banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır. DTX tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalar, pullar və digər qiymətlilər törədilmiş cinayət işinə aidiyyətindən, xüsusiyyətlərindən qiymətindən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, həmin orqanların maliyyə xidmətlərində, müvəkkil banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır.

Götürülmüş və üzərinə həbs qoyulmuş silah, döyüş sursatı, partlayıcı maddələr müvəqqəti saxlanılması üçün Maddi-texniki qurumunun (MTQ) silah-sursat anbarına təhvil verilir. İstintaq hərəkətləri zamanı götürülmüş qiymətli metallar (qızıl, gümüş, platin və platin mənşəli digər metallar) və daşlar (almaz və sair), mirvari, onlardan hazırlanan zərgərlik əşyaları və ya onların qırıntıları, habelə qiymətli metaldan sikkələr müvafiq baxışın keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 gündən gec olmayaraq, müvəqqəti saxlanılması üçün İstintaq qurumu (İQ) tərəfindən qablaşdırılmış və möhürlənmiş halda müvəkkil bankın saxlama kamerasına təhvil verilir. İstintaq zamanı götürülmüş tədavüldə olmayan külçə, şlix, təbii halda tapılan saf mədən, qırıntı, yarımfabrikat, istehsalat və ya laboratoriya təyinatlı məmulat şəkilində qiymətli metallar və digər təbii qiymətli daşlar müvafiq baxış keçirildikdən sonra, xüsusi təhqiqata ehtiyac olmadığı təqdirdə məhsul saxlanca təhvil verilir. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pullar, baxış keçirildikdən dərhal sonra, lakin götürüldüyü andan 7 gündən gec olmayan müddətdə müvəqqəti saxlanması üçün DTX-nin Maliyyə qurumu ( MQ) vasitəsi ilə müvəkkil banka xüsusi açılmış depozit hesabına və ya saxlama kamerasına təhvil verilir.

İstintaq hərəkətləri zamanı götürülmüş çeklər, istiqraz vərəqələri və lotereya biletləri, əmanət kitabçaları sertifikatlar, akkreditivlər, bankın çekləri və çek kitabçaları, müvəkkil bank tərəfindən yuxarıda qeyd olunan istiqraz vərəqələrinin, sertifikatlarının və digər qiymətli kağızların qəbulu barədə verilmiş şəhadətnamələri baxış keçirildikdən sonra daxil olduğu vaxtdan 7 gün müddətinə MQ vasitəsi ilə zərflərə qoyulub idarənin rəisi və baş mühasibi tərəfindən imzalanmış müşayiət məktubu ilə müvəqqəti saxlanılması üçün müvəkkil banka təhvil verilir. Bu zaman həmin əşyaların zərflərə qoyulması 3 nəfər əməkdaşın şahidliyi ilə həyata keçirilir və həmin şahidlər bunu imzaları ilə zərfin üzərində təsdiq edirlər. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin digər qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materialında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan maddi sübut kimi sayılmış tez xarab olan əşyaları, məişətdə gündəlik tələbat əşyalarını qulluğa ehtiyacı olan ev heyvanlarının, quşları və digər heyvanları verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır. Xüsusi saxlanma şəraiti tələb edən tez xarab olan və sair ərzaq malları götürülüb, baxış keçirildikdən və malların keyfiyyəti üzrə dövlət inspeksiya orqanları və ya sanitar nəzarəti orqanları tərəfindən onların keyfiyyəti yoxlanıldıqdan sonra dərhal müvafiq qərar qəbul edilməklə satışı təşkil edilir.



Əşya, pul və digər qiymətlilər məhkəmənin hökmü və ya cinayət təqibini həyata keçirən orqanın qərarı ilə şəxs barədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, məhkəmənin yekun qərarında bu əşyaların mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılması nəzərdə tutulduqda mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılır. Götürülmüş əşya, pul və digər qiymətlilər sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə bəraət alma və ya işin xitam olunmasından sonra 20 gün müddətində əmlakın təhvil verilməsi barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır. Qəbz itirilmiş olarsa, əmlak vətəndaşın müraciət ərizəsinə əsasən qaytarılır. Bu zaman pulun və digər qiymətli kağızların məbləği, əmlakın adı, xüsusiyyətləri və təhvil verilmə tarixi ərizədə göstərilməlidir. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin hökmü barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə DTX-yə müraciət etmiş olsun. Əgər iddia müddəti ərzində qiymətli əşya sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin qiymətli əşyanın qaytarılması üçün müraciət etməzlərsə, əşyaların qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür.

Əşya, pul və digər qiymətlilər aşağıdakı hallarda dövlət mülkiyyətinə keçirilir:

- həmin əşya və pulların müsadirə edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə mindikdə;

- əşya və pul sahibi 10 il ərzində tələb etmədiyi halda;

- əşya, pul və digər qiymətlilərin sahibini tapmaq mümkün olmadıqda (sahibsiz əmlak).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX xüsusi əməliyyat keçirdi: silahlı dini ekstremist məhv edildi

    DTX xüsusi əməliyyat keçirdi: silahlı dini ...

    26-01-2017, 23:35

  • 
  • DTX gömrük və sərhədçilərlə birgə əməliyyat keçirdi, saxlanılanlar var

    DTX gömrük və sərhədçilərlə birgə əməliyyat ...

    20-12-2016, 20:27

  • 
  • DTX əməliyyat keçirdi - 2 nəfər məhv edildi

    DTX əməliyyat keçirdi - 2 nəfər məhv edildi ...

    10-03-2017, 21:12

  • 
  • DTX Çovdarovdan agentlərin pulunu tələb edir - 3 milyon manat

    DTX Çovdarovdan agentlərin pulunu tələb edir - 3 ...

    21-10-2016, 00:52

  • 
  • Hakim özü-özünə etiraz verdi

    Hakim özü-özünə etiraz verdi ...

    14-01-2017, 01:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu