GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident Əliyevin BMT-dəki çıxışı Rusiyada rezonans doğurdu: Ermənistanı kim cəzalandıracaq?

Prezident Əliyevin BMT-dəki çıxışı Rusiyada rezonans doğurdu: Ermənistanı kim cəzalandıracaq?

Tarix: 23-09-2017, 15:30 Bölmə :Siyasət Baxış: 430
Prezident Əliyevin BMT-dəki çıxışı Rusiyada rezonans doğurdu: Ermənistanı kim cəzalandıracaq?


Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Məclisinin sonuncu 72-ci sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapa bilməməsinə xüsusi diqqət yönəltdi. Xəbər verdiyimiz kimi, prezident işğalçı Ermənistanın bu günədək BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsini yerinə yetirməməsinin əsas səbəbi kimi beynəlxalq birliyin ikili standartla yanaşmasını göstərdi.

Azərbaycanın dövlət başçısı öz çıxışında Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına diqqət çəkərək dedi ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır və Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. “Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var”, - deyə prezident İlham Əliyev qeyd edib.

Prezident onu da xüsusi vurğulayıb ki, Ermənistan BMT qətnamələrini yerinə yetirmir, 24 ildir ki, bu qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır: “Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan “status-kvo”nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir”.

Azərbaycan dövlət başçısı həmçinin, ölkəmizin Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinə sadiq olduğunu, konfliktin beynəlxalq hüquq, BMT TŞ-nin qətnamələri əsasında yoluna qoyulmalı olduğunu vurğulayaraq, “Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilməlidir” deyib.

*****

Prezidentin çıxışını şərh edən tanınmış rusiyalı tarixçi analitik və politoloq Oleq Kuznetsov “Vestnik kavkaza” nəşrinə bildirib ki, beynəlxalq birlik əslində BMT timsalında İrəvanı qətnamələri yerinə yetirməyə məcbur eləmək gücündədir.

Musavat.com-un məlumatına görə, politoloq daha sonra deyib: “İstənilən kiçik dövlət bu və ya digər dərəcədə daha iri dövlətdən asılıdır – o dövlət həmin kiçik dövlətin ya sahibi, ya da himəyadarıdır. Bu – beynəlxalq münasibətlərin iniversal qanunudur. Yəni ortada iradə olarsa, Ermənistan da qətnamələri yerinə yetirməyə məcbur edilə bilər. Sual ortaya çıxır ki, bəs, İrəvan üçün patron-ölkə qismində kim çıxış edəcək?”

Rusiyalı analitikə görə, yaxın zamanlara kimi belə bir ölkə qismində Rusiya çıxış edib: “Ancaq Moskva Ermənistanı qətnamələri yerinə yetirməyə tələsdirmədi. İndi isə biz görürük ki, İrəvan Avroatlantik oriyentasiyaya doğru de-marş eləməyə çalışır, sözdə deyil, məhz işdə Rusiyanın ondan ötrü artıq patron-ölkə olmadığını göstərmək istəyir. Əgər nəzərə alsaq ki, Ermənistan ərazisində sayca dünyada ikinci olan 1500 nəfərlik ABŞ səfirliyi yerləşir (bundan böyüyü Bağdadadır), o zaman söyləmək olar ki, Rusiya yalnız üzdə Ermənistanın arxası sayılır, İrəvan hakimiyyətinə əsas təzir rıçaqları isə ABŞ-ın əlindədir. Lakin ABŞ və Rusiya indi qarşıdurma vəziyyətindədir və onlardan heç biri Ermənistanı qətnamələri yerinə yetirməyə vadar eləmək üçün digərinı kompromisə getməyəcək”.

Serj Sərkisyanın Xocalıda kütləvi qətliamda əlinin olmasını şərh edən Oleq Kuznetsov qeyd edib ki, hüquq nöqteyi-nəzərincə Ermənistanın hazırkı prezidenti beynəlxalq terrorçudur: “Sərkisyan Qarabağ klanının başçısı, hazırda Ermənistanda hakimiyyətdə olan hərbi-siyasi xuntanın rəhbəridir. Bu xunta isə Dağlıq Qarabağdakı qanunsuz separatçı qüvvələrin hərbi səhra komandirlərindən ibarətdir. Ermənistanın özünü belə, Qarabağ klanı işğal edib”.

Analitikin sözlərinə görə, Dağlıq Qarabağ konfliktinin coğrafi şərtləri elədir ki, hələlik beynəlxalq ictimaiyyət Ermənistanın qətnamələri yerinə yetirməsi üçün lazımı siyasi iradə göstərmir. “Qarabağda müharibə gedir. Sülh məramlıların ora yeridilməsi heç bir effekt verməyəcək. Düşünmürəm ki, hanslsa ölkə eni 20 km, uzunluğu 500 km olan bir zolağı nəzarətdə saxlamaq üçün öz hərbi qulluqçularını buraya göndərsin”, - deyə ekspert əlavə edib.

*****

Öz növbəsində digər rusiyalı tanınmış politoloq, prezident V.Putinin səlahiyyətli şəxslərindən sayılan Sergey Markov qeyd edib ki, konfliktin nizamlanmasına “Kazan formulu” kömək edə bilər: “Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhliz və bölgənin hərbsizləşdirilməsi qarşılığında azad edilməlidir. Bundan sonra Dağlıq Qarabağın təzədən Azərbaycan tərkibində mərhələli şəkildə iqtisadi, sosial və humanitar re-inteqrasiyası başlaya bilər. Aydındır ki, Qarabağın qaytarılmasından sonra erməni icması orada üstünlükdə olacaq. Və bu da məhz elə hardasa kondominimum – belə münaqişələrin həllində müasir dinc həll yolu deməkdir”.

Prezident İlham Əliyevin hazırda Ermənistana hərbi cinayətkarın, Xocalı hərbi canisinin rəhbərlik eləməsi barədə sözlərini şərh edən Markov hesab edir ki, bu məqam onsuz da Ermənistanın zəif mövqeyini daha da zəiflədir: “Bir yandan Xocalı məsələsi daha yuxarı qaldırılır, ümumi diqqəti daha çox çəkir, böyük nəticələr çıxarmağa, daha geniş miqyasda onu tanımağa imkan verir, - o mənada ki, orada böyük cinayət törədilib, - başqa yandan isə Ermənistan rəhbərliyi daha radikal bir situasiya salınmış olur. Bütövlükdə Ermənistan rəhbərliyi üçün məntiqli olardı ki, “Kazan formulu” üzrə dinc həll yoluna çıxsın. Di gəl, o, öz radikal diasporundan qorxur”, - deyə sonda Markov əlavə edib./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident: “Terrorizm Ermənistanın işğalçı siyasətinin tərkib hissəsidir”

    Prezident: “Terrorizm Ermənistanın işğalçı ...

    16-11-2015, 15:45

  • 
  • İlham Əliyev BMT tribunasından Sərkisyanın yalanlarını faş etdi - hadisə kimi çıxış

    İlham Əliyev BMT tribunasından Sərkisyanın ...

    21-09-2017, 12:47

  • 
  • "Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir" - Fransız hüquq müdafiəçisi

    "Dağlıq Qarabağ Azərbaycanın qanuni ...

    11-04-2016, 12:43

  • 
  • İlham Əliyevdən Qarabağ açıqlaması - BMT-nin Forumunda

    İlham Əliyevdən Qarabağ açıqlaması - BMT-nin ...

    26-04-2016, 12:30

  • 
  • Əli Həsənov: “Serj Sarqsyanın BMT-dəki çıxışı həyasızlıq, tərbiyəsizlikdir”

    Əli Həsənov: “Serj Sarqsyanın BMT-dəki çıxışı ...

    21-09-2017, 12:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu