Prezidentin etimad reytinqi ictimaiyyətin prezident haqqında rəyinin sadə, lakin bir o qədər də güclü meyarıdır. Bu reytinq mühümdür, çünki insanların prezidentlə bağlı fikirlərini əks etdirir, eyni zamanda isə prezidentin işləri yerinə yetirmək qabiliyyətini ölçür. Bundan əlavə isə reytinqin başqa mənaları da var.
Hazırda prezident Donald Trampın etimad reytinqi 50 faizdən aşağıdır və bu, amerikalıların əksəriyyətinin prezidentin yürütdüyü siyasəti dəstəkləmədiyini göstərir. Bu isə prezidentin gündəmini həyata keçirməsini çətinləşdirir. Frank Nyuport
Gallup rəy sorğusunun baş redaktoru Frank Nyuport deyir ki, prezidentin yüksək etimad reytinqi onun siyasi kampaniyasını daha da gücləndirir və Konqresin onun siyasi gündəmini təsdiq etməsinə gətirib çıxara bilər.
Populyarlığı az olan prezident üçün isə bunun əksi baş verir.
“Hazırda prezident Donald Trampın etimad reytinqi 50 faizdən aşağıdır və bu, amerikalıların əksəriyyətinin prezidentin yürütdüyü siyasəti dəstəkləmədiyini göstərir. Bu isə prezidentin gündəmini həyata keçirməsini çətinləşdirir", Nyuport deyir.
Lakin qütbləşmiş siyasi mühitdə ...
“50-60 faiz etimad reytiniqinə sahib olmaq üçün təkcə öz partiyandan insanların deyil, həm də müstəqil və digər siyasi partiyaya mənsub bəzi insanların da dəstəyini qazanmalısan”, deyə Nyuport bildirir.
Bundan əlavə isə...
“prezident üçün yüksək etimad reytinqi almaq çox çətindir, çünki ölkə əhalisinin böyük hissəsi, yəni digər partiyaya mənsub insanlar “onun nə etdiyindən asılı omayaraq, bizim ondan xoşumuz gəlmir” deyir”, Nyuport söyləyir.
Lakin Nyuportun dediyinə görə, siyasi maksimalizm Donald Trampla başlamayıb. Bu, keçmiş prezident Corc Buş dövründə başlayıb və Obama adminstrasiyasında da davam edib. Nyuport deyir ki, Amerika siyasəti daxilində paritaylar arası artan bölgü hər hansı prezidentin etimad reytinqlərini artırmaq səylərini çətinləşdirir.
“Artıq qarışıq seçki rayonları yoxdur. Həmin rayonlar daha çox ifrat solçu və ya sağçı namizədlərə səs verirlər”, o deyir.
Bundan əlavə artıq emosialara əsaslanan yeni media biznesi modeli də yaranıb. Bu modeli isə ilk Fox News kanalı yaradıb.
“Pul baxımından nəzərə alanda emosiyalar reytinqləri artırır. Əgər hər hansı bir insanın düşməni varsa, o insanın həmin düşməni barədə daha emosional olmaq ehtimalı yüksəkdir, ona görə də o, düşüncələrini dəstəkləyən kanalı izləməyə üstünlük verir”, deyə Nyuport bildirir.
Lakin Gallup sorğularının nəticələri siyasətçilər və mediaya etimadın azaldığını göstərir. Amerikalıların çoxu maksimalizm siyasəti əvəzinə əməkdaşlığa üstünlük verir.
“İctimaiyyət səs verib seçdiyi rəsmilərin “mən güzətşə gedə bilmərəm” deməsini istəmir, əksinə onların daha çox əməkdaşlıq etməsini istəyir”, Nyuport deyir.
Sonda isə Nyuport qeyd edir ki, ictiamiyyət hazırkı siyasiləşdirmə prosesində hər hansı irəliləyiş əldə etməyin çətin olduğunu da çox gözəl anlayır./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?