GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » DÜNYANIN GÖZÜ BAKIDA - 2 gün sonra böyük layihə işə düşür

DÜNYANIN GÖZÜ BAKIDA - 2 gün sonra böyük layihə işə düşür

Tarix: 29-10-2017, 13:04 Bölmə :Siyasət Baxış: 451
DÜNYANIN GÖZÜ BAKIDA - 2 gün sonra böyük layihə işə düşür


BTQ-nin möhtəşəm açılış mərasimi olacaq; 3 türk dövlətinin prezidenti Bakıda bir araya gələcək; Azərbaycan və Türkiyə arasında bir sıra mühüm sənədlər imzalanacaq

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına artıq 2 gün qaldı. Möhtəşəm açılış mərasimində 3 türk dövlətinin prezidenti iştirak edəcək. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də oktyabrın 30-da Azərbaycana səfərə gələcək. Bu haqda Qazaxıstan prezidentinin rəsmi saytında bildirilib. Səfər çərçivəsində Qazaxıstan prezidentinin Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimində iştirak edəcəyi gözlənilir. Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabaev bildirdi ki, dövlət başçısı, “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin rəsmi açılışında iştirak etmək üçün gələcək.
Xəbər verdiyimiz kimi, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da baş tutacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Türkiyə prezidentinin saytında bildirilir ki, R.T.Ərdoğan 30-31 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. R.T.Ərdoğan oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili də iştirak edəcək. Qeyd edək ki, daha öncə Gürcüstanın dövlət başçısı səviyyəsində təmsil olunması nəzərdə tutulsa da, son anda baş nazirin iştirakına qərar verilib.
Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Türkiyə prezidenti iclasda iştirak edəcək. Nazirlərin də iştirakı ilə keçiriləcək toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başla olmaqla, regional və qlobal proseslər diqqət mərkəzində olacaq. İki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulub.
Məlumatda o da vurğulanır ki, R. T. Ərdoğanın səfəri iki ölkə arasında diplomatik münasibətlərinin 25-ci ildönümünə təsadüf etdiyindən xüsusi diqqət çəkir.

Qeyd edək ki, Türkiyə və Gürcüstan qədər Qazaxıstan da bu layihənin işə düşməsində maraqlıdır. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Qazaxıstan ərazisindən keçməklə Avropaya Çindən əlavə yük cəlb edilməsinə təsir edəcək. Bu barədə Trend-ə Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyi yanında Nəqliyyat Komitəsindən bildiriblər. Məlumatda qeyd edilir ki, Bakı-Tbilisi-Qars dəmiryolu işə salındıqdan sonra Çindən gələn və Qazaxıstan ərazisindən keçən yükün həcmi böyük dərəcədə artacaq. Bu mənada Qazaxıstan da tranzit ölkə kimi nüfuzunu artırmış olacaq.
Qazaxıstan artıq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb. Qazaxıstanın Azərbaycandakı səfirinin sözlərinə görə, ikinci qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək. Səfir həmçinin xatırladıb ki, bir neçə gün əvvəl Qazaxıstandan Türkiyənin Mersin şəhərinə BTQ vasitəsilə taxıl aparan birinci yük qatarı yola salınmışdı.
İqtisadçı ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin iştirakçı dövlətlərin hər biri üçün iqtisadi əhəmiyyətinin yüksək olduğunu vurğulayıb: “BTQ region üçün vacib layihələrdən biridir. Nəzərə alsaq ki, bu layihə Orta Asiyanın Türkiyə vasitəsilə Avropa ilə birləşdirilməsinə şərait yaradacaq. Həmçinin BTQ Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox vacib bir məsələdir. Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. O baxımda BTQ Azərbaycan üçün iqtisadi baxımdan vacib bir layihədir. Siyasi və geostrateji əhəmiyyətindən başqa, ölkəmizin dövlət gəlirlərinin artırılması baxımından müsbət təsirləri var. Azərbaycan və Türkiyə texniki baxımdan birbaşa bu layihədə iştirak edir. Qazaxıstan Xəzər dənizi vasitəsilə layihədən faydalanma imkanları qazanıb. Bu layihə ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından çox vacibdir”.
V.Bayramovun sözlərinə görə, BTQ imkan verəcək ki, Orta Asiyadakı türkdilli dövlətlərin texniki baxımdan birləşməsi baş tutsun: “O baxımdan region üçün əhəmiyyətli bir layihə hesab etmək olar. BTQ Ermənistandan kənar keçdiyi üçün layihənin reallaşmasına kifayət qədər təzyiqlər var idi. Ancaq artıq layihə reallaşıb, yaxın günlərdə açılışı olacaq. Güman edirəm ki, tərəflər və Azərbaycan layihənin reallaşmasından gəlir əldə edəcəklər. Bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından da əhəmiyyətlidir. Azərbaycan burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmiryolundan istifadə edərək öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu baxımdan BTQ həm də ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq”./Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video

    İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla ...

    22-10-2017, 13:15

  • 
  • Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılacağı VAXT BİLİNDİ

    Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılacağı ...

    18-03-2017, 12:34

  • 
  • Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə ...

    3-04-2017, 01:49

  • 
  • Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

    Prezident İlham Əliyev MDB Dövlət Başçıları ...

    16-10-2015, 12:13

  • 
  • Ərdoğan rəsmi mərasimlə qarşılandı - Bakıda

    Ərdoğan rəsmi mərasimlə qarşılandı - Bakıda ...

    3-09-2014, 11:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu