Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin açılışında stifadə etdiyi çəkici xatirə olaraq ölkəsinə aparıb.
Bu haqda Türkiyənin “Milliyyət” nəşri yazıb. Xatirladaq ki, BTQ-nin açılışı oktyabrın 30-da Bakıda olub. Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak edirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?