Noyabrın 17-si Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər çatdırılıb.
Komanda-qərargah hərb oyunları noyabrın 16-da başlayıb. Noyabrın 20-dək davam edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?