Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiyada səfərdədir. O, noyabrın 22-də MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilmiş beşinci görüşündə iştirak edib.
gundemxeber.az AZƏRTAC agentliyinin xəbərinə əsasən bildirir ki, görüşdə MDB məkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, Əfqanıstanda vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib.
Tədbirdə beynəlxalq terrorçuluğa qarşı mübarizənin müxtəlif aspektləri ilə də diqqət mərkəzində olub.
Ramiz Mehdiyev tədbirdəki məruzəsində dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınması sahəsində Azərbaycan təcrübəsi haqda danışıb. O, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, hüquq mühafizə orqanları və xüsusi xidmətlərinin fəaliyyəti barədə ətraflı məlumat verib.
R.Mehdiyevin tədbir çərçivəsində Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun müavini Rəşid Nurqaliyevlə, Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Rusiya Təhlükəsizlik Şurasının Aparatı ilə 2018-2019-cu illər üçün Əməkdaşlıq Planı imzalanıb
Sorğu
Yeni dizaynımız necədir?