GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bu gün Ramil Usubovun doğum günüdür - deputatlar daxili işlər naziri haqda danışdılar

Bu gün Ramil Usubovun doğum günüdür - deputatlar daxili işlər naziri haqda danışdılar

Tarix: 22-12-2017, 10:50 Bölmə :Siyasət Baxış: 377
Bu gün Ramil Usubovun doğum günüdür - deputatlar daxili işlər naziri haqda danışdılar


Çingiz Qənizadə: “Ramil müəllim tək-tək nazirlərdəndir ki, deputat müraciət etdiyi anda, qısa zaman kəsiyində onu şəxsən qəbul edir, dinləyir”

Zahid Oruc: “Ramil Usubov müstəqil dövlətçilik tariximizin həqiqi generallarından biridir”

Qüdrət Həsənquliyev: “Kələkidə çətin zamanlarda Usubovun fəaliyyətini diqqətlə izləyən Elçibəy bir dəfə söylədi ki, mənim belə bir nazirim olsaydı, bizi devirmək mümkün olmazdı”

Fazil Mustafa: “Azərbaycandakı ictimai sabitliyin qorunmasında Ramil Usubov kimi təcrübəli dövlət xadiminin müstəsna rolu var”


Dekabrın 22-si Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Ramil Usubovun doğum günüdür. Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib. Ailəlidir, üç övladı var.

Milli Məclisin üzvləri musavat.com-a açıqlamaları zamanı daxili işlər nazirinin həyat və fəaliyyəti barədə fikirlərini bildirdilər, həmçinin cənab nazirə doğum günü münasibətilə təbriklərini çatdırdılar.


Deputat Çingiz Qənizadə öncə daxili işlər naziri barədə ürək sözlərini bölüşdü: “Mən hüquqşünas olaraq, təbii ki, hüquq mühafizə orqanlarının rəhbərlərini həmişə kənardan seyr edən, sonra yaxın təmasda olan, ardınca daha yaxın münasibətdə olan şəxslərdən biri kimi, Ramil müəllimi də uzun illərdir, bəlkə də bir neçə onilliklərdir tanıyıram. Ramil müəllim peşəkar hüquqşünas və peşəkar polis zabitidir. Eyni zamanda Ramil müəllim peşəkar inzibatçı və idarəedicidir. Yəni daxili işlər orqanları kimi bir qurumu, böyük bir nazirliyi, bəlkə də ştat vahidinə görə Azərbaycanda ən çox əməkdaşı olan bir nazirliyi indiki formada saxlamaqla və eyni zamanda bu keçid dövründə daxili işlər orqanlarına rəhbərlik edə-edə, həm də bu qurumda böyük islahatlar aparmaqla bugünkü Azərbaycan polisinin ərsəyə gətirilməsində Ramil müəllimin xüsusi yeri və rolu var. Bundan başqa, Azərəbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasında və bugünkü ictimai-siyasi sabitliyin təmin olunmasında daxili işlər orqanlarının, o cümlədən cənab nazirin öz yeri və fəaliyyəti var. Ramil Usubov dövlətə, dövlətçiliyə və təbii ki, cənab prezidentinə olduqca sadiq insanlardan biridir. Ramil müəllim eyni zamanda dostlarına qarşı sadiqdir, diqqətlidir. Onun haqqında kifayət qədər müsbət fikirlər var. Ramil müəllimi yaxından tanıyanlar həmişə qeyd edirlər ki, o, nazir olmadığı və olduğu dövrdə daim dostlarına qarşı sadiq və diqqəti olub”.

Ç.Qənizadə qeyd etdi ki, Milli Məclisin üzvləri hər zaman DİN rəhbərinə böyük simpatiya bəsləyirlər: “Milli Məclisin deputatları daim cənab Ramil Usubov haqqında xoş sözlər söyləyirlər. Çünki Ramil müəllim tək-tək nazirlərdəndir ki, hər bir deputat müraciət etdiyi anda, qısa zaman kəsiyində onu şəxsən qəbul edir, dinləyir. Təbii ki, millət vəkillərinin müraciətlərinin böyük əksəriyyəti seçildiyi dairənin problemləri, orada baş verən hansısa bir məsələ ilə bağlı, yeri gələndə kadr məsələləri ilə əlaqədar olur. Amma Ramil müəllim istənilən məsələlərlə bağlı millət vəkillərini qəbul edərək dinləyir. Eyni zamanda cənab nazir QHT nümayəndələrini, jurnalistləri, cəmiyyətdə az-çox tanınan insanları fərdi qaydada qəbul etmək imkanına malik olan səlahiyyət sahiblərindəndir”.

Ç.Qənizadə dedi ki, DİN rəhbəri eyni zamanda gözəl ailə başçısıdır: “Təbii ki, biz kənardan bütün nazirlərimizi, cəmiyyətdə tanınan şəxsləri müşahidə edə bilirik. Ramil müəllim övladları ilə bağlı da qarşıya qoyduğu məqsədlərə çatmış valideyndir. Övladlarının savadlı, tərbiyəli, xalqına, dövlətinə layiq bir kadr kimi yetişdirilməsində bir ata olaraq onun xüsusi rolu var. Biz ayrı-ayrı məmurların övladları haqqında müxtəlif fikirlər eşidirik. Amma Ramil müəllimin övladlarından biri artıq general rütbəsindədir və atasının işini layiqincə davam etdirir. Bu da təbii ki, bir valideyn üçün qürurverici haldır”.

Deputat Ç.Qənizadə Ramil Usubovun doğum günü ilə bağlı arzularını da ifadə etdi: “Xatırlayıram, ulu öndər Heydər Əliyev demişdi ki, nə qədər mən varam, Ramil Usubov da nazir olacaq. Bu gün də İlham Əliyev cənabları atasının siyasətini davam etdirən bir şəxsdir. Belə hesab edirəm ki, nə qədər İlham Əliyev prezident olacaq, Ramil Usubov da daxili işlər naziri kimi və yaxud daha yüksək bir vəzifədə cənab prezidentin yanında olacaq. Mən Ramil müəllimə ilk növbədə cansağlığı diləyirəm. İnanıram ki, ona tapşırılmış çətin, şərəfli vəzifədə həmişə olduğu kimi, bundan sonra da böyük uğurlar qazanacaq. Həmçinin ona bir valideyn kimi, övladlarının xoş günlərini görməyi arzulayıram. Mən əminəm ki, səmimi, mehriban, gülərüz, xoş bir insan olan Ramil müəllim bundan sonra hələ uzun illər dövlətimizin idarəçiliyində mühüm rol oynayan aparıcı şəxslərdən biri olacaq”.
Deputat Zahid Oruc isə müxbirimizə bunları söylədi: “İki mininci illərdə parlament fəaliyyətinə başlayanda ekrandan və mətbuatdan gördüyüm Azərbaycanın müharibədən sonrakı mənzərəsini daha yaxından izləməyə imkan yarandı. 90-cı illər xaosundan və siyasi çevrilişlərindən qurtulan ölkədə dağılmış iqtisadiyyatı yenidən qurmaq, hökm sürən humanitar fəlakəti aradan qaldırmaq və qırılmış dövlət-vətəndaş birliyini bərpa etmək üçün zaman tələb olunurdu. O vaxtlar cəbhə bölgələrindəki durum daha acınacaqlı idi. Təmsil etdiyim ərazidə Qarabağ savaşının mirası olan vaqon və çadır şəhərcikləri, doğma yurdları ilə bərabər, bütün maddi sərvətlərini itirən insanların dərdi-səri qədim Bərdəni tanınmaz hala salmışdı. O illərdə Ulu Öndərin tapşırığı ilə Daxili İşlər naziri Ramil Usubovun köçkün ailələrinə hansı miqyasda yardımlar göstərdiyinin şəxsən şahidi olmuşam. İsti yaraları sarımaq və inamları sarsılmış kütlələri dövlətçilik idealları ətrafında birləşdirmək üçün qeyri-ordinar addımlara ehtiyac vardı. Təsəvvür edin, böyük Heydər Əliyev bölgələrdə hələ də sabit idarəçiliyə təhlükə törədən qiyamçı dəstələrin mövcudluğuna görə bəzən gecədən xeyli keçmiş ən kritik anlarda fövqəladə qərarlar qəbul etməli olurdu. O vaxtlar nazir Ramil Usubov təcrübəli dövlət adamı kimi Qarabağ bölgəsində müxtəlif silahlı dəstələrin ram edilməsi, məkrli təxribat qruplarının və pozucu dəstələrin zərərsizləşdirilməsində prezident komandasının həlledici üzvlərindən biri idi.

Lakin məsələ təkcə siyasi vəzifələrin öhdəsindən gəlməkdən ibarət deyildi. Bərdə kimi mərkəzi bir rayonun yüz minlərlə insanına xidmət edən dövlət xəstəxanasında adicə Rentgen aparatı Stalin dövrünün yadigarıydı. Doğrudur, indi vəziyyət köklü şəkildə dəyişib və müasir infrastrukturu olmayan rayonu təsəvvürə gətirmək mümkün deyil. Lakin o vaxtlar mənzərə başqaydı.

Bəli, hökumət içərisində nüfuz və geniş əlaqələri hesabına nazir Ramil Usubov səhiyyə sisteminə də, vətəndaşların içməli, yaxud təsərrüfat məqsədli su ehtiyaclarına da qatlaşmalı olurdu. Gerçək tablo beləydi.

Tribunadan deyilən sözlərin aşağı qatında-real həyatda bir nazir ölkənin prezidenti və vətəndaşları arasında yüksək etimad mühitinin formalaşmasında fədakarlığı, dürüstlüyü və canıyananlığı ilə iştirak edirdi. Hər halda dövləti paytaxtda qurmaq və qorumaqla regionlarda daha fərqli mürəkkəb vəzifələrin öhdəsindən gəlmək eyni səviyyədə tutula bilməzdi.

Doğrudur, ölkədə siyasi sabitlik ilk növbədə, prezident İlham Əliyevin güclü şəxsiyyət amilinə, onun strateji baxışlar sisteminə və yürütdüyü kursa söykənir. Eyni zamanda, ötən illərdə xaricdən eksport edilən inqilabi ssenarilər və daxildən təşviq olunan toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının nümayiş etdirdikləri sabit dövlətçilik mövqeyi mühüm rol oynayıb. Təsadüfi deyil ki, Qərb siyasi institutlarının hücum etdikləri hədəflər sırasında DİN sistemi ayrıca sətirlə keçir. Lakin dövlətin qoruyucu zirehini dağıtmaqla hakimiyyəti müdafiəsiz qoymaq planına ölkə prezidenti tərəfindən daim kəskin müqavimət göstərilib. Müxtəlif illərdə “polis günü” ilə bağlı keçirilən rəsmi tədbirlərdə iştirak etdiyimizə rəğmən Ramil müəllim tərəfindən nümayiş olunan yüksək dövlət ərkanı, veteranlardan tutmuş sıravi heyət təmsilçilərinə və müvafiq dövlət qurumlarının nümayəndələrinə münasibətdə əsil peşəkar idarəçilik yanaşması, birləşdiricilik xüsusiyyətləri və liderinə dönməz sədaqət keyfiyyətləri sistem adamları üçün nümunə sayıla bilər.

Vaxtilə 14-cü Lüdovik deyirdi ki, dövlət idarəedənlərin şəxsi keyfiyyətlərinin məcmusudur. Fransız hökmdarın tezisinə söykənib də tam məsuliyyətlə demək olar ki, hakimiyyət sistemində epizodik rol alanları tarix çoxdan unudub. Ona görə də hər bir hökumət təmsilçisinin fəaliyyətini dəyərləndirərkən hamımız tarixə əbədi imzasını qoymuş böyük dövlət adamı Heydər Əliyevin öz yaxın silahdaşlarına verdiyi qiymətdən çıxış edirik. Bir liderin idarəçilik stilində çox nadir hallarda rast gəlinən belə açıq etimad səhnələri yəqin ki, hakimiyyət səlnaməçilərinin yaddaşlarından silinməyib. Nəhəng bir imperiyanın zirvəsində hər zaman insan dünyaları ilə işləmiş Heydər Əliyevin etibarını qazanmaq təkcə sədaqət və dönməzliklə deyil, həm də sərtlik tələb edən hüquq-mühafizə orqanları sistemində peşəkarlıqla, yüksək səriştə ilə, təşəbbüskarlıqla qazanıla bilərdi. Bir sözlə, 90-cı illərdə siyasi və iqtisadi cəhətdən təcridolunmuş Naxçıvan Muxtar Respublikasında böyük sınaqlardan keçən komanda üzvlərini sonralar paytaxta-böyük idarəçiliyə gətirən Birinci şəxsdən alınan yüksək qiymət fonunda başqa epitetlərə ehtiyac qalmır. Ramil Usubov müstəqil dövlətçilik tariximizin həqiqi generallarından biridir”.


Deputat Qüdrət Həsənquliyev Musavat.com-a bildirdi ki, daxili işlər nazirini hələ gənclik illərindən tanıyır: “Ramil Usubov barədə tələbəlik illərindən məlumatım var idi. Hərbi xidmətdən qayıdan qardaşım Nadir DİN-də işə düzəlmək üçün o zaman muxtar respublikanın naziri kimi Ramil müəllimə müraciət etmişdi. Nadiri qəbul edən Ramil müəllim onu bir az sorğu- suala tutub idmançı görkəminə baxaraq söyləmişdi ki, polisə belə işçilər lazımdır və dərhal işə qəbul etmişdi. Nadir həmişə onun haqqında hörmətlə danışar və söyləyərdi ki, o, öz işçilərini müdafiə etməyi, onların hüquqlarını qorumağı bacaran nazirdir. Ramil Usubov cəsarətli insan olaraq ona göstərilmiş etimadı doğrultmuş, ölkədə sabitliyi təmin etməklə cinayətkarlığa qarşı effektli mübarizə aparılması üçün mümkün olan hər şeyi edib”. Q.Həsənquliyev qeyd etdi ki, R.Usubov bir nazir olaraq deputatların müraciətlərinə həmişə diqqətlə yanaşıb: “Deputat həmkarlarımdan kimsədən eşitməmişəm ki, onlar nazirlə əlaqə yarada bilməmələrindən danışsınlar. Halbuki nəinki nazirlərlə, hətta bəzi icra başçıları ilə əlaqə yaratmağın nə qədər çətin olduğunu deputatlar yaxşı bilir. Hər bir sahədə olduğu kimi, DİN-in də fəaliyyətində nöqsanlar var və onların aradan qaldırılması üçün ciddi qərarların qəbul olunduğunu görürük. Şahidi olduğum söhbətlərdən bilirəm ki, əmin-amanlığın təmin olunmasında DİN-in fəaliyyətindən danışılarkən o, həmişə xüsusi təvazökarlıqla bildirir ki, bu, ölkə prezidentinin yürütdüyü siyasətin nəticəsidir. Ümid edirəm ki, bundan sonra da Ramil Usubovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi öz işini daima təkmilləşdirəcək, bizim və hüquq müdafiəçilərinin qaldırdığı prblemlərin həlli üçün səylərini əsirgəməyəcək”.

Q.Həsənquliyev nazirlə bağlı maraqlı bir faktı da xatırlatdı: “Düşünürəm mərhum prezident Əbülfəz Elçibəyin Ramil Usubov haqqında dediyi bir fikri ictimailəşdirməyim lazımdır. Kələkidə çətin zamanlarda Usubovun fəaliyyətini diqqətlə izləyən Elçibəy bir dəfə söylədi ki, mənim belə bir nazirim olsaydı, bizi devirmək mümkün olmazdı... Mən Ramil Usubovu doğum günü münasibətilə təbrik edirəm, şəxsi həyatında xoşbəxtlik, fəaliyyətində uğurlar arzu edirəm”.
Deputat Fazil Mustafa isə əməkdaşımıza bildirdi ki, Azərbaycandakı ictimai sabitliyin qorunmasında Ramil Usubov kimi təcrübəli dövlət xadiminin müstəsna rolu var: “Polisin fəaliyyəti əslində cəmiyyətin bütün qatları ilə iç-içə olduğundan kifayət qədər gərgin münasibətləri özündə ehtiva edir. Məhz Ramil Usubovun dəqiq idarəçilik anlayışı ilə bu münasibətlərdə olan bütün müsbət və neqativ təzahürlər dərhal aşkara çıxarıla bilir”. F.Mustafa da digər həmkarları kimi, DİN başçısının ona ünvanlanan müraciətlərə həssas münasibətindən razılıq etdi: “Mətbuata ən həssas yanaşan nazirdir, deputat sorğularına bəlkə də ən çevik və əhatəli cavab verməklə dövlətçilik ənənəsinə ciddi həssaslıq nümayiş etdirir. Şəxsən mən, onun hansısa müraciət olunan məsələyə diqqətsiz yanaşdığını şahidi olmadım. Doğum günü münasibəti ilə general-polkovnik Ramil Usubovu təbrik edirəm, can sağlığı və dövlətçiliyimiz üçün faydalı çalışmalarının davamını arzulayıram”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentdən Ramil Usubovun oğluna yüksək - mükafat

    Prezidentdən Ramil Usubovun oğluna yüksək - ...

    1-07-2015, 19:15

  • 
  • Ramil Usubov generalı işdən çıxardı

    Ramil Usubov generalı işdən çıxardı ...

    21-01-2014, 12:08

  • 
  • Ramil Usubov polis rəisini işdən çıxardı

    Ramil Usubov polis rəisini işdən çıxardı ...

    12-01-2016, 13:19

  • 
  • Ramil Usubov Nardarana gedir

    Ramil Usubov Nardarana gedir ...

    2-12-2015, 15:14

  • 
  • Ramil Usubovun müavini vəzifəsindən azad olunub - yeni təyinat

    Ramil Usubovun müavini vəzifəsindən azad olunub - ...

    1-11-2014, 13:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (302)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu