ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb.
Bu barədə Dövlət Departamentinin amerikalı turistlərin üçün hazırladığı səfər tövsiyəsində bildirilir.
Ümumilikdə səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.
Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib.
Əlavə edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı tövsiyədə yer alır./APA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?