Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi bu yaxınlarda istismara veriləcək. Müəssisə Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə maliyyəsi hesabına ərsəyə gələcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə bildirib.
Səfir Azərbaycanda məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində çox böyük işlər görüldüyünü bildirib. O qeyd edib ki, ABŞ hökuməti tərəfindən məcburi köçkünlər üçün məktəb binalarının tikintisi, onların təmiri, ingilis dili kurslarının təşkili, su təchizatının yaxşılaşdırılması kimi layihələr həyata keçirilib.
Robert Sekuta görüşün məqsədinin gələcəkdə həyata keçiriləcək layihələrin daha prioritet sahələrə yönəlməsi ilə bağlı müzakirələr aparmaq olduğunu deyib.
Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. Robert Sekuta Əli Həsənov isə bildirib ki, son 24 ildə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən layihələrə sərf olunmuş vəsait təxminən 1,4 mlyard dollar həcmində olub. Bunun 820 milyon dolları ABŞ Dövlət Departamenti, Müdafiə və Kənd Təsərrüfatı nazirliklərinin ayırdığı vəsaitdir və bu vəsaitinin icrası ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür.
O, USAID ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlərin olduğunu ifadə edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı durum da müzakirə mövzusu olub.
“Qaçqınkom”un mətbuat xidməti bildirir ki, Robert Sekuta ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqtonun münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
“Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq”, səfir deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?