"Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədi ilə yaydığı xəbərin heç bir əsası yoxdur".
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
"Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib", - məlumatda vurğulanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?