GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mehriban Əliyeva Cənubi Qafqazın ən nüfuzlu xanımı seçildi

Mehriban Əliyeva Cənubi Qafqazın ən nüfuzlu xanımı seçildi

Tarix: 2-02-2018, 17:47 Bölmə :Siyasət Baxış: 321
Mehriban Əliyeva Cənubi Qafqazın ən nüfuzlu xanımı seçildi


Rusiyanın “LIVEJOURNAL” nəşrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirən məqalə dərc olunub.

Məqalədə deyilir: "Bu yaxınlarda, daha dəqiq desək 2017-ci il dekabrın 26-da Moskvadakı Xilaskar İsa Kafedral Kilsə Məbədinin Taxt-tac salonunda Moskvanın və bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif edib. Mehriban Əliyevaya bu mükafat “Rus Pravoslav Kilsəsinə yardımına və Həştərxan şəhərinin abadlaşdırılmasına göstərdiyi qayğıya görə” təqdim edilib. Bununla əlaqədar belə bir sual yaranır: Mehriban Əliyeva nə iş görüb ki, belə bir yüksək ordenlə təltif olunub. Sən demə, buna əsaslı səbəb var imiş. İnternetdə onun haqqında məlumat çoxdur. Biz Mehriban xanımın kimliyini və onu məşhurlaşdıran məsələləri araşdırmağa çalışdıq. Onu Cənubi Qafqazın ən nüfuzlu xanımı adlandırırlar, müasir dəbin simalarından biri hesab edirlər və artıq bir ilə yaxındır ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsində çalışır. İnsanlar bu xanımın müdrikliyinə və gözəlliyinə heyrandırlar. Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan biri olacaq. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Mehriban xanım tələbəlik dövründə Azərbaycan Respublikasının indiki Prezidenti, o vaxt hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında oxuyan İlham Əliyevlə ailə qurub.

Zahirən kövrək bir qadın olan Mehriban Əliyeva bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr edib. O, dörd ildən artıq müddətdə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib, sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” adlı xeyriyyə fondunu yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs” adlı mədəni-tarixi jurnal təsis edib və bu nəşrin redaktoru olub. Mehriban Əliyevanın öz ölkəsində və bütün dünyada statusunu nəzərə almamaq olmaz. Prezidentin xanımı, indi isə həm də Azərbaycanın Birinci vitse-prezidenti respublikada mühüm bir qurum olan Heydər Əliyev Fonduna başçılıq edir. 2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan bu Fondun prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır.

Mehriban Əliyeva deyir: “Həqiqi mərhəmət real işlər görülməsini, konkret addımlar atılmasını tələb edir. Ən dəhşətlisi laqeydlik və biganəlikdir. Bunlar olmamalıdır. Sən istər ictimai xadim ol, istər dövlət xidmətində çalış, sadəcə, insanlığı qoruyub saxlamaq lazımdır”. Mehriban Əliyevanın son altı ildə rəhbərlik etdiyi, imic əhəmiyyəti kəsb edən layihələrə diqqət yetirək:

-Bakıda “Eurovision-2012”;

-2015-ci ildə Avropa Oyunları;
-2017-ci ilin mayında Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunları.

O, Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi uğurla təkzib edir. Mehriban Əliyeva karyerası dövründə dəfələrlə müxtəlif fəxri təltiflərə layiq görülüb. Məsələn, Fransa Respublikasının “Fəxri Legion Zabiti” ordeni və UNESCO-nun Qızıl “Motsart medalı”. 2005-ci ildə o, ictimai, mesenatlıq və xeyriyyə fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfələrə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Azərbaycanın birinci xanımı dəfələrlə vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurlu inkişafı çox vacibdir. Məhz bu səbəbdən o, Azərbaycanda rus dilinin inkişafına, respublikadakı rusdilli orta və ali təhsil müəssisələrinə bu cür qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidentinin fikrincə, “Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulur və dostluq, qarşılıqlı anlaşma və sıx əməkdaşlıq xarakteri daşıyır”.

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi respublika isteblişmentində onun yüksək statusunu rəsmən təsbit edib. Necə deyərlər, birinci xanım dövlətdə ikinci şəxsdir. Onun bu vəzifəyə təyin edilməsinə ictimaiyyətin münasibəti birmənalı olmasa da, Azərbaycan və Rusiya xalqları bu xəbəri çox səmimi və müsbət qarşıladılar. Çünki birinci xanımın həm öz ölkəsində, həm də Rusiyada necə böyük hörmət qazanması və onun öz xalqının mənafeyi naminə gördüyü işlərə görə necə sevilməsi məlumdur. Zəngin iş təcrübəsinə malik olan Mehriban Əliyeva bu vəzifəyə təyin ediləndən dərhal sonra fəal və qətiyyətli işlərə başlayaraq ölkə Prezidentinin düzgün qərar qəbul etməsini sübuta yetirdi. Mehriban Əliyevanın uğurları təkcə siyasi və ictimai fəaliyyətlə məhdudlaşmır. O, həm də qayğıkeş həyat yoldaşı və üç övlad böyüdən xoşbəxt anadır. Əliyevlər ailəsi nümunəvi ailədir. Təntənəli tədbirlərdə Prezident və xanımı həmişə birgə iştirak edirlər. Ailə qurmalarından 30 ildən çox keçməsinə baxmayaraq, onlar bir-birinə sevgi və qarşılıqlı hörmət hisslərini qoruyub saxlayıblar. Buna görə onlara heyran olmamaq mümkün deyil. Mehriban xanım öz ailəsini çox sevir və həmişə onun yanında olmağa çalışır, çünki onun fikrincə, məhz ailə dəyərləri birinci yerdə olmalıdır.

Bütün bunlarla bərabər, ötən illər ərzində Mehriban Əliyeva həm də dəbin həqiqi siması sayılıb. Birinci ledinin fotoşəkilləri dünyanın moda nəşrlərinin səhifələrindən düşmür. Onun qüsursuz zövqü və gözəlliyi stilistlərin və dizaynerlərin dilinin əzbəridir. Həqiqətən, zaman keçdikcə bu xanımın məlahəti əsla azalmır. Mehriban xanımı çox vaxt qızları ilə dəyişik salırlar. Məsələn, Ağ evdə Əliyevlər ilə ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin ailəvi görüşü zamanı maraqlı bir hadisə olub: tədbirdə təhlükəsizliyi təmin edən ABŞ xüsusi xidmətlərinin agentləri Əliyevlər ailəsi ilə ilk görüş zamanı Azərbaycan ailəsinin nümayəndələrindən kimin ana və kimlərin onun qızları olmasını dərhal anlaya bilməyiblər. Təsadüfi deyil, dünya birliyi Mehriban Əliyevanı ən cazibədar birinci xanım hesab edir.

Bütün bunlara və bir sıra başqa səbəblərə görə Mehriban Əliyeva elə bir siyasətçidir ki, dünyanın hər yerində onun haqqında danışırlar və danışmaq istəyirlər. Heç şübhəsiz, Mehriban Əliyeva hazırda karyerasının zirvəsindədir. Lakin onun xarakterini, özünə inamını və son dərəcədə dözümlü olmasını nəzərə alaraq cəsarətlə deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində inanılmaz dərəcədə populyarlığı əsil fenomendir. Onun Rus Pravoslav Kilsəsi isə onun gördüyü xeyirxah işləri ordenlə mükafatlandırıb".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Rusiya Prezidenti Azərbaycanın Birinci ...

    7-03-2017, 19:56

  • 
  • Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçildi

    Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü ...

    2-06-2017, 12:00

  • 
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ səfiri ilə görüşdü

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ ...

    15-10-2015, 20:04

  • 
  • Gürcüstanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Gürcüstanın Baş naziri Azərbaycanın Birinci ...

    23-02-2017, 21:45

  • 
  • Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika ...

    24-12-2015, 17:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu