Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 26-da BMT-nin İnsan Haqları Şurasının 37-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Məmmədyarov sessiyada çıxış edəcək.
Onun sözlərinə görə, E. Məmmədyarovun Cenevrədə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?