Martın 7-də Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun həmsədrləri, deputatlar Makallister və Makavan Rusiya və Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat veriblər.
Bəyanatda deyilir: “2018-ci il martın 18-də Rusiyada, aprelin 11-də isə Azərbaycanda prezident seçkiləri keçiriləcək.
Avropa Parlamenti bu seçkiləri müşahidə etməyəcək və seçki prosesini, eləcə də elan ediləcək nəticələri şərh etməyəcək. Avropa Parlamentinə daxil olan şəxslərin heç birinə seçki prosesini izləmək və ya onun adından şərh vermək həvalə olunmayıb.
Odur ki, Avropa Parlamentinin hər hansı üzvü həmin seçkiləri müşahidə etmək qərarına gələrsə, o, bunu öz təşəbbüsü ilə etmiş olacaq və heç bir halda bu, Avropa Parlamentinin adından qəbul edilməməlidir.
Səfər və bəzi beynəlxalq müşahidəçilərin yerləşdirilməsi xərclərinin ödənilməsi ilə bağlı Rusiyanın rəsmi təşkilatlarının təklifləri seçkiləri müşahidə etikasına ziddir.
Azərbaycana gəlincə, Avropa Parlamenti yay tətili öncəsi öz plenar iclasında Aİ və Azərbaycan arasında münasibətlərə dair hesabat qəbul edcək. Yalnız bu hesabat Avropa Parlamentinin bu məsələyə dair rəsmi mövqeyi sayıla bilər”, sənəddə qeyd edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?