Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib.
M. Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif edilib.
Təqdimat bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub. Mərasimdə çıxış edən M. Əliyeva deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qarşılıqlı anlaşmanı, sülhü beynəlxalq səviyyədə təbliğ edir: "Əsrlər boyu Azərbaycan müxtəlif xalqların, dinlərin bir arada yaşadığı ölkə olub. Bu gün biz müstəqillik illərində əldə etdiyimiz nailiyyətlərdən danışdıq. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. O, həyatını öz xalqının inkişafına həsr edib. Mən bu mükafatı həm də Heydər Əliyev Fondunun fəaliyyətinə verilən qiymət kimi qəbul edirəm. Heydər Əliyev Fondu 14 ildir elm, təhsil və sosial sahələrdə layihələr həyata keçirib".
M. Əliyeva Nizami Beynəlxalq Mərkəzinin həmsədrlərinə uğurlu fəaliyyətlə əlaqədar təşəkkür edib./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?