Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT, DTİHB və AŞPA müşahidə missiyalarının prezident seçkilərinin qiymətləndirilməsi ilə bağlı ilkin hesabatını ədalətsiz və qeyri-obyektiv sayır. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhində deyilir.
"Biz ATƏT, DTİHB və AŞPA müşahidəçi missiyalarının prezident seçkilərinə dair ilkin hesabatını ədalətsiz və qeyri-obyektiv hesab edirik. Bu səbəbdən də missiyaların nümayəndələri XİN-ə çağırılıb və biz onlara qəti etirazımızı bildirmişik", şərhdə deyilir.
Öz növbəsində dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Novruz Məmmədov öz Tvitter akkauntunda öncədən yazılmış materialı seçkilər haqqında hesabat kimi təqdim etmək cəhdinə görə beynəlxalq missiyanı utandırmaq istəyib.
Qeyd edək ki, missiya 11 aprel prezident seçkilərində ciddi pozuntu və saxtalaşdırma faktlarının qeydə alındığını bildirib./amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?