Aprelin 19-da NATO-nun Avropada Müttəfiq Silahlı Qüvvələrinin ali baş komandanı, general Körtis M. Skaparrotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov Bakı şəhərində görüşüb. Bu barədə NATO xəbər yayıb.
Xəbərdə deyilir ki, iki yüksək rütbəli hərbçinin görüşündə məqsəd proqnozlaşdırıla bilmə və şəffaflığı artırmaqdır. Görüşdə hərbi vəziyyət və təlimlər barədə müzakirələr aparılıb.
“Bu təkbətək görüş hərbçilər arsında ünsiyyətin saxlanılması və NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğunluğa olan ortaq marağın aşkar göstəricisidir. Bu görüş 7 sentyabr 2017-ci ildə NATO-nun Həbri Komitəsinin sədri, general Petr Pavelin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov ilə Bakı şəhərində görüşünün davamıdır", NATO bildirir.
General Skaparrotti və general Gerasimov gələcəkdə hərbçilər arasında ünsiyyəti davam etdirmək barədə razılığa gəlib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatda isə deyilir ki, görüşdə NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyəti, qarşılıqlı etimadın artırılması məsələsi müzakirə edilib.
Tərəflər görüş zamanı Suriyada vəziyyətlə bağlı firkir mübadiləsi aparıb, beynəlxalq terrorizmə qarşı mübarizənin vacibliyini qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?