Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına burada görülən işlər barədə məlumat verib.
Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz edilib ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir.
Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir.
Dövlət başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını bildirən düyməni basıb. Ona ölkəyə daxil olan yük axınlarının həcminin artım dinamikasına uyğun olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilmə potensialı, bu çərçivədə daxil olan yük axınlarının çeşidlərinə və intensivliyinə uyğun olaraq, Limanının genişləndirilmə seqmentində görülməsi nəzərdə tutulan tədbirlər, yükaşırma həcmlərinin artacağı təqdirdə yaranacaq əlavə imkanlar barədə məlumat verilib. Komplekslə tanışlıqdan sonra dövlət başçısı limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşüb.
***
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına kompleks barədə məlumat verdi.
Prezident İlham Əliyev kompleksi işə saldı və limanın ərazisini gəzdi. Dövlətimizin başçısı kollektivin üzvləri və inşaatçılar ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?