GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyev yeni zavodun açılışında — YENİLƏNİB

İlham Əliyev yeni zavodun açılışında — YENİLƏNİB

Tarix: 22-05-2018, 15:12 Bölmə :Siyasət Baxış: 420
İlham Əliyev yeni zavodun açılışında — YENİLƏNİB


Bu gün Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, “ATEF Şirkətlər Qrupu” innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edən müəssisələrdən biridir və son illərdə ölkədə sənayenin inkişafı sahəsində görülən işləri təcəssüm etdirir.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq həyata keçirilən iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, yüzlərlə müasir sənaye müəssisəsi açılıb. 2017-ci ildə ötən illə müqayisədə qeyri-neft sənaye məhsulları istehsalı 3,7 faiz artıb. Bu dinamika bu ilin birinci rübündə də davam edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artıma nail olunub.

“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verdi. Bildirildi ki, dövlətin güzəştli kreditlərindən istifadə etməklə Qaraçuxur qəsəbəsində inşa olunan iriqabaritli transformatorlar zavodu 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib, həmin ərazidə yüksək gərginlikli avadanlıqlar zavodunun təməli qoyulub.

Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib. Müasir texnologiyalar əsasında yaradılan bu zavod inkişaf etmiş ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilib. Eyni zamanda, “ATEF Şirkətlər Qrupu”nun ümumi dəyəri 20 milyon manat olan iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar və metal-konstruksiyalar zavodlarının yaradılmasına verilən 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub və tam geri qaytarılıb.

Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə saldı.
Dövlətimizin başçısı istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən - bərk izolyasiya, kabel və mis anod istehsalı, əritmə və ekstruziya, mexaniki emal, yığma və sınaq sahələrindən ibarətdir. Zavodda illik 5 min 300 ədəd müxtəlif növ elektrotexniki avadanlıqların, o cümlədən güc transformatorları üçün izolyasiya detalları, yüksəkgərginlikli vakuum və eleqaz tipli açarlar, ayırıcılar, torpaqlayıcılar, ölçü transformatorları, kabeller və transformator buraxılışında istifadə olunan digər hissələrin istehsalı mümkündür. Qeyd olundu ki, bu məhsulların istehsalı üçün tələb olunan xammal və köməkçi detallar əvvəllər xarici bazarlardan alınırdı. Zavodun sınaq laboratoriyası da müasir səviyyədədir. Burada yerli mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər. Yüksək gərginlikli avadanlıqlar zavodunun fəaliyyətə başlaması ilə transformator, yarımstansiya və digər elektrik avadanlıqlarının istehsalında yerli materiallardan istifadə olunması nəticəsində lokalizasiya səviyyəsi 70-90 faizə çatacaq ki, bu da buraxılan məhsulların maya dəyərinin aşağı düşməsinə, idxaldan asılılığın və ölkədən valyuta axınının qarşısının alınmasına səbəb olacaq. Zavodda 310 yeni iş yeri açılıb.

Diqqətə çatdırıldı ki, “ATEF Şirkətlər Qrupu” 2018-ci ildə 160 milyon dollar, o cümlədən ölkə daxilində 5 milyon dollar dəyərində, xarici ölkələrdə isə 155 milyon dollar dəyərində layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub. Xarici ölkələrdə layihələrin həyata keçirilməsi zamanı şirkətin istehsal etdiyi 95 milyon dollar dəyərində məhsulların ixracı nəzərdə tutulur. Hazırda şirkətlər qrupu xarici ölkələrdə nəzərdə tutulan bu layihələr üzrə dəyəri 100 milyon dollaradək olan tenderlərdə iştirak edir.

Məlumat üçün deyək ki, 2017-ci ildə dünyanın aparıcı sınaq laboratoriyalarından olan İtaliyanın “CESİ” laboratoriyasında “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunda istehsal edilən 40 MVA və 145 kV-luq güc transformatoru, Niderlandda yerləşən “KEMA” laboratoriyasında isə zavodun istehsal etdiyi gücü 2500 kVA-ya qədər olan yağ və quru tipli paylayıcı transformatorlar uğurla sınaqdan keçirilib, beynəlxalq sertifikatlar alınıb.

Dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması istiqamətində mühüm işlər görülür. Belə müəssisələrin yaradılması göstərir ki, ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir. Dövlətin hərtərəfli dəstəyi ilə yaradılan bu müəssisələrin müasir texnologiyalardan istifadə yolu ilə istehsal etdiyi məhsulların ixrac coğrafiyası və həcmi isə ildən-ilə artır. Belə ki, 2013-cü ildə 5 milyon dollar dəyərində məhsul ixrac olunduğu halda, 2017-ci ildə 27 milyon dolları dəyərində məhsul ixrac edilib. Bu ilin ilk dörd ayında isə 16 milyon dollar dəyərində məhsul ixrac olunub. Qeyd edək ki, hazırda “ATEF Şirkətlər Qrupu”nun müəssisələrində ümumilikdə 2400 nəfər işlə təmin olunub.

***

gundemxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Sumqayıtda iki zavodun açılış, bir müəssisənin təməlqoma mərasimlərində iştirak edib - FOTO

    Prezident İlham Əliyev Sumqayıtda iki zavodun ...

    25-10-2015, 13:27

  • 
  • Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin ...

    30-05-2016, 12:22

  • 
  • Naxçıvanda yeni sənaye kompleksi yaradılır

    Naxçıvanda yeni sənaye kompleksi yaradılır ...

    22-11-2015, 14:05

  • 
  • Prezident İlham Əliyev Bakıda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak edib

    Prezident İlham Əliyev Bakıda yeni bitum ...

    19-09-2016, 11:58

  • 
  • Azərbaycan Prezidenti Sumqayıt Kimya Sənaye Parkında olub - FOTOLAR

    Azərbaycan Prezidenti Sumqayıt Kimya Sənaye ...

    15-12-2017, 12:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu