Bu gün Bakıda Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçirilir.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söyləyib.
Daha sonra ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə məsləhətçisi Sandra Oudkerk çıxış edərək qeyd edib ki, ölkəsi Cənub Qaz Dəhlizinə dəstək verir.
Mərasimdə Böyük Britaniyanın baş naziri Tereza Meyin mərasim iştirakçılarına təbrik məktubu oxunub. O, məktubunda qeyd edib ki, Britaniya şirkətləri Azərbaycana milyardlarla dollar investisiya yatırıb, bundan sonra da investistisiya qoyulması və əməkdaşlıq davam etdiriləcək: “Enerji layihələri ilə yanaşı, digər bütün sahələrdə də əməkdaşlığa hazırıq”.
Dəyəri 40 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir./report
Sorğu
Yeni dizaynımız necədir?