Mayın 31-də Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink bu il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində öncə fevralın 7-də Azərbaycan prezidenti, xarici işlər naziri, müxalifət partiyasının liderləri ilə danışıqlar aparıb.
O fevralın 7-də danışıqlarından sonra ABŞ-ın Azərbaycanla uzunmüddətli əməkdaşlığı barədə danışarkən deyib.
"ABŞ-ın uzunmüddətli mövqeyi ondan ibarətdir ki, biz insan haqlarına və fundamental dəyərlərə hörmət edilməsini, bizim Azərbaycanla olan ikitərəfli əlaqələrimizin - bu əlaqələrə təhlükəsizlik, enerji və digər sahələr daxildir- çox vacib ümumi elementi hesab edirik. Biz inanırıq ki, insan haqlarına hörmət, korrupsiya ilə mübarizə, qanunun aliliyi, Azərbaycanda biznes mühiti, ümumi iqtisadi inkişaf və sabitlik baxımından çox vacibdir. Bir daha prezident Trampın Milli Təhlükəsizlik Strategiyasında bir fikrinə istinad etmək istəyirəm ki, ABŞ-ın ən sıx əlaqələri bizim dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Hesab edirəm ki, sadaladığım məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Yenə də hesab edirəm ki, hər iki tərəf bu məqsədləri bölüşür”, o qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?