İyunun 5-dən 7-dək Avropa Şurası Nazirlər Komitəsi rüblük iclasını keçirəcək. İclasda AŞ üzv olan ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməsi məsələsinə baxılacaq.
AŞ-dakı məlumatlarına görə, baxılan işlərin arasında Azərbaycandan üç iş var: Qafqaz Məmmədov (nümayişlərdə iştiraka görə həbs); İlqar Məmmədov (hakimiyyəti tənqid etdiyinə görə əsassız həbs); Mahmudov və Ağazadənin (diffamasiyada ittiham olunaraq ədalətsiz mühakimə) işləri.
AŞ ölkələri Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməlidir.
Nazirlər Komitəsi müvafiq milli hakimiyyət orqanları, QHT və digər əlaqədar tərəflərin təqdim etdikləri informasiyanın əsasında qərarların icrasına nəzarəti həyata keçirir.
Rəsmi Bakı AİHM-nin bir sıra qərarlarının icrasını sonacan yerinə yetirmir və bu səbəbdən Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsi ilə (Qərarların məcburi qüvvəsi və icrası) prosedura başlanılıb. Bu, məhkəmə qərarını icra etmədiyinə görə Azərbaycana qarşı sanksiyanın tətbiqini nəzərdə tutur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?