Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin", - deyə sənəddə bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?