Ermənistan xarici işlər naziri Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının iclasındakı çıxışı və Ermənistan XİN-nin cəbhədəki vəziyyət ilə əlaqədar açıqlaması ziddiyyətli xarakter daşıyır və özü-özünü ifşa edir. Bir tərəfdən münaqişədə tərəfi kimi Ermənistanın məsuliyyətini gizlətməyə çalışan Ermənistan XİN digər tərəfdən bu açıqlamalarla Ermənistanın münaqişə tərəfi olduğunu bir daha təsdiq edir.
Bunu Ermənistan xarici işlər nazirinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının xarici işlər nazirləri şurasının iclasında çıxışına və Ermənistan XİN-nin cəbhədəki vəziyyət ilə əlaqədar şərhinə münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: "Məntiqi sual ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının Azərbaycanın suveren ərazilərində nə işi vardır? Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və ərazi ekspansiya siyasətinin nəticəsi olaraq Ermənistan gəncləri həyatlarının ən formativ dövrlərini səngərlərdə keçirməyə və işğal siyasətinə xidmət etməyə məcbur edilirlər". XİN rəsmisinin sözlərinə görə, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu qoşunların təmas xətti boyunca insidentlərin və təxribatların yaranmasının əsas səbəbidir və regional sülh üçün ciddi təhlükədir:
"Bu kimi halların baş verməsinin qarşısını almaq üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və işğal siyasətinə son qoyulmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh və sabitliyi təmin etmək mümkündür".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?