Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün iyunun 17-də keçirilmiş seçkilərin nəticələri məlum olub.
gundemxeber.az "Sabah” qəzetinə istinadən xəbər verir ki, ölkəmizdə yaşayan 15 min 477 seçici qeydiyyatda olsa da, onlardan 5742-si (37,1 faiz) səs verib.
Nəticələrə əsasən "Cümhur” blokunun namizədi Rəcəb Tayyib Ərdoğan 38 faiz (805 səs), CHP-nin namizədi Məhərrəm İncə isə 33,9 faiz (717 səs) toplayıb.
Digər səslər isə aşağıdakı kimidir:
Qeyd edək ki, ümumilikdə seçicilərin 52,6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.
Sorğu
Yeni dizaynımız necədir?