GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putinin Lələtəpədən verdiyi mesaj hədəfə çatdı: İrəvanda həyəcan

Putinin Lələtəpədən verdiyi mesaj hədəfə çatdı: İrəvanda həyəcan

Tarix: 3-07-2018, 11:12 Bölmə :Siyasət Baxış: 314
Putinin Lələtəpədən verdiyi mesaj hədəfə çatdı: İrəvanda həyəcan


“Kremlin bizə qarşı planı var, Ermənistan hakimiyyətini müharibə ilə hədələyir”- erməni KİV-indən SOS; Rusiyanın nüfuzlu nəşri də Çocuq Mərcanlı konfransından yazdı: “Paşinyanı və komandasını “tərbiyələndirmək” üçün...”

Rusiyalı tanınmış ictimai-siyasi xadimlərin Cocuq Mərcanlıya səfəri ötən həftənin ən yadda qalan siyasi akkordlarından sayıla bilər. “Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransa qatılan rusiyalı qonaqların Qarabağ mövzusunda açıqlamaları, Lələtəpədə əsgərlərimizlə görüşüb onlara “ruh verməsi” xüsusilə diqqət çəkdi.

Gözlənildiyi kimi, səfər və keçirilən tədbir erməni tərəfdə təlaşı artırıb. Bakıdakı möhtəşəm hərbi parad, ardınca Azərbaycan ordusunun dünən başlanan genişmiqyaslı təlimləri və bu təlimlərdən bir gün öncə Rusiya ictimai rəyinə təsiri olan nüfuzlu xadimlərin, siyasətçilərin, Putinə yaxın şəxslərin Cocuq Mərcanlıya təşrif buyurması düşmən ölkədə əndişəni bir az da artırıb. Bunu hətta işğalçı ölkəyə qarşı Kreml və Bakının hansısa ortaq planı, son müharibə hazırlıqları kimi qəbul ediblər.

*****

“Kreml Gürcüstan və Ukrayna kimi Ermənistana qarşı da nəsə hazırlayır. Bu, əvvəl də aydın idi, ancaq indi planı o, heç gizlətmir də. Cocuq Mərcanlıya bir dəstə Kreml desantlarının göndərilməsi buna sübutdur. Onlar ”Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir" adlı şouya qatılıblar".

Aremnianreport.com saytındakı məqalədə belə deyilir. Daha sonra tədbirin Rusiyadan olan iştirakçılarına və onların sərgilədiyi mövqeyə diqqət çəkən müəllif yazır: “Onların hamısı Bakı publikasına xoş gələn açıqlamalar verdilər. Savelyev (Dumanın deputatı - red.) isə lap uzağa gedib. ”Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır" deyib. Ən çox qəzəb doğuran isə Duqin oldu - hansından ki, bizim KİV-lər sitatlar gətirməyi, müsahibə götürməyi sevir. “Bu, çox rəmzidir ki, biz bu görüşü Qarabağda keçiririk. Bu, bir daha göstərir ki, Azərbaycan Rusiyanın strateji müttəfiqidir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa görə də belədir. Mən ilk dəfə Qarabağda səfərdəyəm. Bu, həm də Rusiya ziyalı təbəqəsinin Qarabağ probleminə yanaşmasının təzahürüdür” - Duqin deyib. Hələ Şevçenko kimi ayrı “oratorların” da çıxışları olub. Amma fikrimcə, Duqinin söylədiklərindən sonra hər şey olduqca aydındır: Kreml bizim hakimiyyətə qarşı təzyiqə keçib. Moskva İrəvandan Putinlə Sərkisyanın vaxtilə razılaşdırdığı “azad edilmiş ərazilər”lə bağlı (dırnaqlar bizimdir - “YM”) satqın plana razılıq istəyir. Əks halda, bizi müharibə ilə hədələyir".

Qeyd edək ki, Cocuq Mərcanlıda 5 rayon söhbəti də olub. “Rusiya və Azərbaycan qardaş və müttəfiq ölkələrdir. Biz birlikdə, bir yerdə, ittifaqda olmalıyıq”. Bunu öz çıxışında hakim “Vahid Rusiya” partiyasından deputat Aleksey Yezubov bildirib. “Putin, Sərkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş 5 rayonu Azərbaycana qaytarmalıdır. Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir”. Bu da onun sözüdür. Deputat daha sonra “Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyib.

*****

Cocuq Mərcanlı tədbirinə Rusiya KİV-i də diqqət çəkib və bunu İrəvana xəbərdarlıq mesajı kimi təqdim edib. “Yeni Müsavat” xəbər verir ki, rosbalt.ru nəşri bununla bağlı yazıb: “Azərbaycan ordusunun təlimlərin lap başlanma ərəfəsində, iki il öncə ”4 günlük müharibə" zamanı azad edilən Cocuq Mərcanlıda “Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir” olduqca çoxmənalı ad daşıyan konfrans keçirilib. Rusiyalı tanınmış siyasətçilər, ictimai xadimlər, ekspertlər də daxil, çıxış edənlər çox olub. O sırada Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasından deputat Aleksey Yezubov Rusiya prezidentinin Qarabağ konflikti ilə bağlı mövqeyini səsləndirib. “Ermənistan Putin, Əliyev və Sərkisyanın birgə razılaşdırdığı yol xəritəsinə əsasən, Azərbaycanın işğal altındakı 5 rayonunu qaytarmalıdır” deyib".

Rosbalt.ru ardınca qeyd edir: “Regionda qüvvələr balansı artıq açıq-aşkar Azərbaycanın xeyrinə dəyişib. Ermənistan isə Rusiyadan Su-30 SM qırıcıları almağa ümid edir. Söhbət ümumi məbləği 300 milyon dollar olan 12 qırıcıdan gedir. Doğrudur, hələ aydın deyil ki, belə ”dəbdəbə" üçün pul haradan tapılacaq. Bu anlaşma müstəsna olaraq Rusiya silahları hesabına, oradan “gülməli qiymət”ə verilən silahlar hesabına ayaqda duran Ermənistanın döyüş qabiliyyətini əhəmiyyətli şəkildə qaldıra bilərdi. Ya da kredit. Bu yaxşılıq Ermənistanda qərbyönlü hakimiyyətin gəlişindən sonra da davam edəcəkmi, söyləmək çətindir. Moskva üçün məntiqli olardı ki, ermənilərə silah verilməsi məsələsində taym-aut götürsün. Necə deyərlər, “cəza kimi” və ya Paşinyanı və komandasını “tərbiyələndirmək” üçün - Azərbaycanla mümkün müharibədə özünün “neytrallığı” ilə İrəvanı şantaj edərək. Axı tam mümkündür ki, təlimlər hərbi əməliyyatlara da çevrilə bilər".

*****

Təlimlər də daxil, bütün bunlar şübhəsiz ki, işğalçı tərəfdə narahatlıq doğuracaqdı və doğurdu da. Ələlxüsus Cocuq Mərcanlıda Putinə yaxın deputat və ekspertlərdən Azərbaycanın mövqeyi ilə səsləşən yanaşmaların sərgilənməsi düşmən tərəfdə təlaş yaradıb.

Rusiya dövlət Dumasının spikeri, Putinin silahdaşlarından sayılan Vyaçeslav Volodin az öncə Bakıya etdiyi səfər zamanı Azərbaycanın Qarabağ məsələsində həmişə ədalətli və konstruktiv mövqe tutduğunu demişdi. Bu fikir də İrəvanda təlaşla qarşılanmışdı. Çünki Bakının mövqeyi çoxdan məlumdur.

Belə görünür ki, Kreml ermənilərin özlərinin də söylədiyi kimi artıq “düyməyə” basıb. Qərbyönlü baş nazir Nikol Paşinyan ayağını “qırmızı cizgi”dən kənara qoyan kimi Bakı ilə müştərək plan işə düşəcək. Paşinyan isə NATO sammitinə qatılmaq üçün Brüsselə səfərə hazırlaşır.../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cocuq Mərcanlıya 700 min manat ayrıldı

    Cocuq Mərcanlıya 700 min manat ayrıldı ...

    14-02-2018, 20:20

  • 
  • Cocuq Mərcanlıya çəkiləcək yolun ərazisində 120 qəlpə aşkarlanıb

    Cocuq Mərcanlıya çəkiləcək yolun ərazisində 120 ...

    20-02-2017, 01:20

  • 
  • Putinin adamlarının Lələtəpəyə ilk səfərinin SİRRİ: Kreml yeni Qarabağ planı hazırlayır

    Putinin adamlarının Lələtəpəyə ilk səfərinin ...

    2-07-2018, 19:43

  • 
  • Cocuq Mərcanlıda yeni şirkət yaradılıb

    Cocuq Mərcanlıda yeni şirkət yaradılıb ...

    29-05-2018, 10:47

  • 
  • Prezident İlham Əliyev: "Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir"

    Prezident İlham Əliyev: "Cocuq Mərcanlı ...

    14-06-2017, 18:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu