GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentdən qətiyyətli mövqe: hamı sərt qərar gözləyir

Prezidentdən qətiyyətli mövqe: hamı sərt qərar gözləyir

Tarix: 6-07-2018, 09:45 Bölmə :Siyasət Baxış: 345
Prezidentdən qətiyyətli mövqe: hamı sərt qərar gözləyir

Ölkə başçısı yanında keçirilən müşavirənin ortaya çıxardığı yeni reallıqlar...

İyulun 4-də prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Müşavirəni açan ölkə başçısı bildirib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranıb. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilib. Məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb.

İlham Əliyev bildirib ki, iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır: “Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib. 15 ildə 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda bölgələrdə su elektrik stansiyaları yaradılıb. Yəni bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır və çox ciddi araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Elə tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.

Baş vermiş hadisəyə görə aidiyyəti məmurlara və qurumlara prezident Əliyevin qəzəbləndiyi isə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev çıxış edərkən ona verilən reaksiyada daha açıq özünü göstərib. E.Pirverdiyev hadisəyə görə ölkə rəhbərindən və vətəndaşlardan üzr istədikdən sonra hadisə haqda danışmaq əvəzinə prezidentin ünvanına xoş sözlər ifadə etmək istəyərkən İlham Əliyev əsəbi halda onun sözünü kəsərək “Sən de görək qəzanın səbəbləri nədir və nə üçün ölkəni qaranlıq bürümüşdü, səbəblər nədir” şəklində reaksiya verib.

E.Pirverdiyev mövzuya keçərək qəza haqda danışıb: “İyulun 3-də və ondan əvvəlki vəziyyətlə bağlı məlumatı təqdim etmək istərdim. İyun ayının gündəlik elektrik istehsalını götürdükdə, ayın əvvəlində biz görürük ki, gündəlik istehlaka 50-55 milyon kVt/saat arasında enerji verilmişdir. Son bir həftə ərzində isə bu rəqəm 70-75 milyona qalxmışdır. Təxminən 40 faiz birdən-birə...”

Ölkə başçısı ikinci dəfə Piverdiyevin sözünü kəsib: “Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi, yumşaq desək, böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi ”Şimal-2" elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən".

E.Pirverdiyevin çıxışını birdəfəlik dayandıran prezident hadisəni araşdıran komissiyanın sədri Yaqub Eyyubova yenidən üzünü tutaraq “Bir daha deyirəm, məsələni çox ciddi araşdırmaq lazımdır. Bütün komissiya üzvləri fəal işləməlidirlər. Qısa müddət ərzində həm birinci qəzanın səbəbləri, xüsusilə ikinci qəzanın səbəbləri haqqında mənə məruzə edilməlidir” deyib. Prezident müşavirənin sonunda bildirib ki, tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi: “Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İES-in tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməli və cəzalandırılmalıdır.

Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da işlək vəziyyətdə olmayıb. Ona görə siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz. O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə bağlı hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər".

Ölkə başçısının müşavirədə qaldırdığı məsələ, hadisəyə yanaşması cəmiyyətdə müsbət qarşılanıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a prezidentin baş verən hadisəyə ən yüksək məsuliyyətlə, tələbkarlıqla, eyni zamanda malik olduğu informasiyaların miqyası kontekstində ən dəqiq şəkildə, həssaslıqla yanaşdığını bildirdi: “Ölkə başçısının baş verən hadisələrə münasibətdə kəskin notlu reaksiyaları da, bir sıra məmurları şiddətli şəkildə tənqid etməsi, ictimai müzakirəyə təqdim etməsi də öz-özlüyündə idarəetmə sənətidir. Hər kəs də şahiddir ki, bir lider illər ərzində uğurlu bir ölkə təsis etməyə çalışarkən ən başlıca amalı xalqa xidmət seçdiyindən hər hansı bir dönəmdə alınan zərbənin ən böyük ağrısını özü yaşamış olur. Çox yaxşı xatırlayıram ki, 2015-ci ildə də prezident İlham Əliyev Milli Təhlükəsizlik orqanları rəhbərlərinin millətə vurduğu zərbələr qarşısında həmin hisslərini nümayiş etdirmişdi. Biz başa düşməliyik prezidentin də bir insan olaraq hər birimiz kimi emosiyaları var. Amma bundan o yana şübhəsiz ki, bir dövlətin rəhbəri olarkən ən müxtəlif sahələrlə bağlı ona verilən məruzələr, hesabatlar altında aldığı qərarların son anda uğurlu nəticələrini görmək istəyir. Buna haqqı var. Vətəndaşlar bunu nə qədər gözləyirsə, ondan iki qat üstün bir şəkildə regional və beynəlxalq miqyasda uğurlu bir ölkənin başçısı olmaq istəyini hər ölkənin birinci şəxsi nümayiş etdirməyə çalışır. Məncə, prezidentin bu hadisəyə emosiyası ölkəni keçmişdən bu yana gələn o qaranlıqlardan, ayrı-ayrı sahələrdəki infrastruktur geriliyindən, sovet köhnəliyindən xilas edərkən günün birində sanki bütün bunların üzərinə bir qara rəngin çəkilməsinədir. Fərq etməz hansı cinahdan, kimlər vasitəsilə, necə alırsan bu zərbəni. Nədən ölkəni birdən qaranlıq bürümüş olsun? Bu hadisə dövlətin qazanmış olduğu bütün uğurların üzərinə sanki haradasa qaranlıq salmış olur. Ona görə də prezidentdən başqa cür reaksiyanı gözləmək düzgün olmazdı. Müşavirədə ölkə rəhbəri eyni zamanda hər bir hökumət üzvünə tələbkarlıqla yanaşdığı ilə bərabər, onları səhvlər və ya hər hansı cinayət xarakterli əməllər baş verdikdə vətəndaş qarşısında məsuliyyətini anlamağa, üzr istəmələrinə yönəlik nümunələri yaratdı”.

Deputat qeyd etdi ki, keçmişdə bu və ya digər məsələlərdə yüksək xidməti olan insanlar da bilməlidir ki, cəmiyyət və tələblər dəyişib, hər dövrün özünəməxsus çağırışları var: “Doğrudur, biz hamımız qəbul edirik ki, dünyanın hər yerində belə hadisələr olur. Amma ölkə daxilində yalnız bir enerji mənbəyindən asılı olmaq məsələsində burada hansısa yanlışlıqlar baş verib. Ölkə rəhbəri də buna reaksiya verib ki, 2500 meqavatt gücündə enerji generatsiyası yaranıb, ancaq niyə başqa alternativlər işləmir. Günəş və külək enerjisindən hələ danışmırıq. İstilər yalnız əzab və problem gətirmir, əksinə, bu, bir çoxları üçün üstünlükdür. Azərbaycanda da günəşdən kifayət qədər enerji əldə etmək olardı. Obrazlı desək, biz yaranmış qaranlıqdan başqa sahələrdəki problemlərin üzərinə işıq salmalıyıq. Başa düşməliyik ki, nəqliyyat sahəsində də, başqa sahələrdə də oxşar problemlər çıxa bilər, amma biz hər zaman alternativlərə malik olmalıyıq. Ölkə başçısı hər bir məmura cəmiyyət qarşısında onların hesabatlı olduğunu göstərdi və yetərincə məlumatlı olduğunu ortaya qoydu. Mənə elə gəlir ki, hökumətin əksər yeni üzvləri üçün də bu çox vacib idi”.

Z.Oruc vurğuladı ki, ölkə rəhbərinin cəmiyyətə verdiyi mənəvi enerji məlum günlərdəki olan o itkini sanki qapatdı: “İlham Əliyev çevik liderlərdən biridir. Ona görə də onun haqqı var ki, məmurundan, özünün komanda üzvlərindən ən yüksək səviyyəli iş tələb eləsin. Müşavirədə biz bu tələbin edildiyini bir daha gördük. Məncə, müşavirədə iştirak eləməyənlər də öz gələcək fəaliyyətləri üçün nəticələr çıxaracaq. Çünki orada mühüm siqnallar verildi. “Dünənki günə görə sağ ol, bugünkü fəaliyyətindən danış devizi idarəçiliyin vacib bir şüarına çevrildi”.”/musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Prezident enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirdi

    ​Prezident enerji sistemindəki vəziyyətlə ...

    4-07-2018, 19:43

  • 
  • Elektrik stansiyasında yenidən yanğın olub

    Elektrik stansiyasında yenidən yanğın olub ...

    5-07-2018, 14:16

  • 
  • Prezident Mingəçevir qəzasına görə sərəncam verdi - RƏSMİ

    Prezident Mingəçevir qəzasına görə sərəncam verdi ...

    3-07-2018, 15:27

  • 
  • Azərbaycanın əksər hissəsində elektrik enerjisinin verilişi bərpa edilib

    Azərbaycanın əksər hissəsində elektrik ...

    3-07-2018, 10:51

  • 
  • Prezident Pirverdiyevi susdurdu: “Utanmalısınız”

    Prezident Pirverdiyevi susdurdu: “Utanmalısınız” ...

    5-07-2018, 11:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu