Almaniya kansleri Angela Merkel deputat Albert Vaylerin Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibindən çıxarılmasına aydınlıq gətirib.
O, Ermənistan baş naziri Nikol Paşinyanla birgə brifinqdə almaniyalı jurnalistin sualına cavab olaraq bildirib ki, Bakıdakı danışıqlar daha önəmlidir:
“Qərara gəldik ki, onun işini başqa deputat görəcək. Belə qərara ona görə gəldik ki, bizim üçün bu danışıqlar önəmlidir. Yalnız danışıqlar yolu ilə çətin məsələləri həll etmək mümkündür”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?