Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeganə üzvü deyil.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev avqustun 31-də keçirdiyi brifinqdə rəsmi Yerevanın Azərbaycanın KTMT-yə mümkün üzvlüyünə veto qoymaq barədə açıqlamasına münasibət bildirərkən deyib.
“Ermənistan KTMT-nin yeganə üzvü deyil, bu təşkilatın digər üzvləri də var”, - o deyib.
Xatırladaq ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Anna Naqdalyan bildirib ki, Azərbaycan KTMT-yə daxil olmaq niyyətini açıqlayacağı təqdirdə Ermənistanın veto hüququndan istifadə edəcək.
Sorğu
Yeni dizaynımız necədir?