Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş razılaşdırılmayıb, ancaq o, tezliklə baş tutacaq.
Bu fikirləri Ermənistanın XİN rəhbəri Zoqrab Mnatsakanyan Frankofoniya beynəlxalq təşkilatının baş katibi Mikael Jan ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında razılaşdıqdan sonra məlumat verəcəyik”, - o əlavə edib.
“Biz artıq demişik ki, sülh danışıqlarına tərəfdarıq. Brüsseldə görüşün keçirilməsindən xəbərdarsınız və tezliklə növbəti görüş keçiriləcək”, - erməni nazir bildirib.
Sorğu
Yeni dizaynımız necədir?