ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanla görüşlərinin yekunlarına dair bəyanat yayıb.
ATƏT-in rəsmi saytında dərc olunan bəynatda deyilir ki, nazirlərlə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar davam etdirilib.
"Həmsədrlər və Xarici iİşlər Nazirləi bölgədəki vəziyyəti müzakirə edib. Bu yaxınlarda narahatlıq doğuran bəzi bəyanat və insidentlərə aydınlıq gətirilib. Həmsədrlər insan itkisi faktlarının davam etməsi ilə bağlı dərin təəssüf hisslərini bildirib. Onlar nazirlərə gərginləşmənin təhlükələri barədə xəbərdarlıq edərək, tərəfləri konstruktiv müsbət ab-hava yaratmaq və vəziyyəti gərginləşdirən atmacalardan yayınmağa çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri bununla yanaşı qeyd edib ki, hərtərəfli nizamlanma üçün güzəştlər tələb olunur.
Nazirlər bu kontekstdə danışıqlar prosesinin fəallaşdırılması üzrə tədbirlərin, həmçinin gərginlik səviyyəsinin azaldılması məqsədi ilə addımlar atılmasının mühüm olduğunu təsdiq edib. Nazirlər bu ilin sonunadək yenidən görüşmək barədə razılıq əldə ediblər.
Vasitəçilər yaxın gələcəkdə bölgəyə səfər etməyi, sonra isə müvafiq qurumları danışıqların gedişatı barədə məlumatlandırmağı planlaşdırır", sənəddə deyilir.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 26-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda görüşüb. Bu Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iki ölkə nazirləri arasında ikinci görüş idi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?