"İşğal olunmuş ərazilər - Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycana qaytarılmalıdır".
Bunu Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev VI Bakı Beynəlxalq Humanitar Forumunun "İnformasiya müharibələri dezinteqrasiyanın aləti kimi" mövzusunda panel sessiyasında çıxış edərkən deyib.
O, Azərbaycan diasporunu Rusiyanın media meydanında və KİV-də Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə obyektiv məlumatların çatdırılmasında daha fəal olmağa çağırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?