"Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Belçika parlamentinin deputatı Jan-Jak Flaun adının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. Onun sözlərinə görə, hazırda Jan-Jak Flaunun Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır: "Belçika parlamentinin deputatının və onunla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərin adlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq". Qeyd edək ki, Belçika parlamentinin deputatı Jan-Jak Flaunun rəhbərliyi ilə bir qrup belçikalı deputat Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər ediblər. Onlar Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüşüblər./Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?