“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz düsturunu təklif edib. Bu düstur belədir ki, işğal edilmiş Azərbaycan ərazilərində İrana hücum üçün ABŞ hərbi bazası yerləşdirilsin”.
Bu iddia ilə Rusiya Xəzər Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev çıxış edib.
Onun sözlərinə görə, ABŞ-ın İran strategiyasında bir məsələ var.
“Bu Ermənistandır. Bu məsələ hələlik bizdə müzakirə olunmur, lakin olduqca təhlükəlidir. Amerikalılar İranla döyüşməkdən qorxurlar, bu şübhəsizdir, lakin prinsip etibarilə ona qarşı təzyiqlər hazırlayırlar. Ermənistanda hakimiyyət dəyişikliyi oldu və heç kim deyə bilməz ki, onlar amerikalılarla bağlı deyillər. Əslində Ermənistandakı hakimiyyət ABŞ-ın əlaltısıdır. ABŞ indi erməni hakimiyyətinə Qarabağ məsələsini həll etmək sözü verir. Onların təklifi belədir: rayonları verin, biz ora ABŞ qoşunlarının kontingentini daxil edəcəyik və İrana şimaldan təzyiq üçün baza yaradacağıq. Vaşinqtonun Cənubi Qafqazda reallaşdırmaq istədiyi variantlardan biri budur”, - deyə Mixiyev iddialarını davam etdirib./Publika.az
Sorğu
Yeni dizaynımız necədir?