Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.
İkigünlük səfər çərçivəsində T.Klaar ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Səfər zamanı Azərbaycanla Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır. Xatırladaq ki, bu ilin iyun ayında Avropa İttifaqı Şurası Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın mandatını 2020-ci ilin fevral ayına qədər uzadıb./report
Sorğu
Yeni dizaynımız necədir?