Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?