Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri- Britaniyadan Robert Geyl və Avstriyadan Stefan Şennax bloger Mehman Hüseynova qarşı yeni ittihamlar barədə narahatlıqlarını bildirib.
“Təəssüflər olsun ki, yeni ittihamların siyasi motivli və bizim siyasi məhbuslar adlandırdığımız insan haqları fəallarının susdurulması cəhdi olmadığına dair əsaslı sübut yoxdur. Biz yeganə etiraz yolu olaraq Mehman Hüseynovun aclıq aksiyası keçirməsindən narahatıq” - deyə, həmməruzəçilər bildirib.
Onlar Azərbaycanın səlahiyyətli nümayəndələrini Mehman Hüseynovun işinin prioritet kimi qəbul edilməsinə çağırıb.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?